"Avropa Parlamentinin məlum qətnaməsindən bir gün sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) bəyanat verdi ki, Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidəçi göndərməyəcək. Bunlardan sonra təbii ki, biz gözləyirdik ki, "Freedom House" və ona bənzər qərəzli təşkilatlar da bu addımı atacaqlar". Bu fikirləriSİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə deyib.Millət vəkilinin sözlərinə görə, bu təşkilatlar müstəqil deyil, müəyyən dövlətlərdən, siyasi hakimiyyətlərdən maliyyələşən qruplardır: "Onlar müəyyən siyasi dairələrin təsiri altında hərəkət edirlər, fikirlər səsləndirirlər. Avropa Parlamentinin qətnaməsindən sonra bu cür təşkilatların çıxışları heç də təəccüblü deyil".Çingiz Qənizadə əlavə edib ki, parlament seçkilərinə hələ müəyyən vaxt var: "İndidən heç nəyi bilmədən, görünməyən dağın arxasında nə baş verdiyini bu tərəfdən elan etmək cahillikdir, ədalətsizlikdir. Hesab edirəm ki, bunlar bir və ya bir neçə mərkəzdən idarə olunan təşkilatlardır. Ona görə də sözügedən qurumların bəyanatları ciddi qəbul olunmamalıdır. Çünki bütün hallarda Azərbaycanda keçirilən seçkilərin nəticələrini Azərbaycan xalqı özü müəyyən edir".
sia.az