PDF Oxu

Siyasət

  • 37

Vaqif Abışov: “Bu, onların əsl xislətini ortaya qoyur" AÇIQLAMA

Vaqif Abışov: “Bu, onların əsl xislətini ortaya qoyur" AÇIQLAMA

"Ümumiyyətlə Qərbin, Avropanın adlandırdıqları "demokratiya" elə adamları seçir, qiymətləndirir ki, bu bir daha onların əsl xislətini ortaya qoyur". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) humanitar məsələlər üzrə katibi Vaqif Abışov Niderland Xarici İşlər Nazirliyinin "İnsan Hüquqları Tülpanı" adlı mükafatına layiq görüləcək namizədlər sırasında "Meydan TV"nin rəhbəri Emin Millinin də adı salmasına münasibət bildirərkən deyib.BAXCP rəsmisinin sözlərinə görə, son aparılan analizlər onu göstərir ki, onlar hansısa ölkədə öz sözlərini keçirməyəndə həmin şəxsi dərhal öz təsiri altına salırlar: "Bu da onların "demokratiya"sı sayılır. Hətta onlara ötürülən yalan informasiyanı doğru bir məlumat kimi qəbul edərək dərhal həmin dövlət, xalq haqqında yalnış fikirlər səsləndirirlər. Bu gün hamıya bəllidir ki, ABŞ-da demokratiya adı altında böyük ərazilərdə, ölkələrdə xalqın başına hansı müsibətlər gətirilir. Axı Xədicə İsmayılova, Leyla Yunus və Arif Yunus kimdir ki, Avropa onların sözü ilə durub-oturur. Həqiqətən bu çox gülüncdür".

sia.az

Digər xəbərlər