"Bu təşkilatın öncədən yersiz iddialar irəli sürməsi onların Azərbaycana qarşı düşmənçiliyinin göstəricisidir. "Azərbaycanda seçkilər noyabrın 1-də keçiriləcək. Seçkilərə təxminən bir ay yarım vaxt var. Sual olunur, "Fredoom House" təşkilatı indidən belə bir bəyanatla niyə çıxış edir? Bu qurumun rəhbərlərinin görücülük qabiliyyətləri varmı?" Bu fikirləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Mirkazım Kazımov bildirib."Fredoom House"nin Azərbaycanla bağlı verdiyi bəyanatı şərh edən millət vəkili qeyd edib ki, Qərbin bir sıra qurumları kimi "Fredoom House" da ölkəmiz üçün yaxşı heç nə arzulamırlar: "Onlar bu addımı ilə müəyyən məqsədlər güdürlər. Bu təşkilat 2015-ci il parlament seçkiləri ərəfəsində də öz qeyri-obyektiv mövqeyini ortaya qoymuşdu. "Fredoom House" bu bəyanatla Azərbaycanda qıcıq, aqressivlik yaratmaq istəyir. Bu isə mümkün deyil. Çünki Azərbaycan üçün "Fredoom House" kimi xırda təşkilatların bəyanatları heç bir əhəmiyyət kəsb etmir. Üçüncüsü, bu qurum tabe olduğu dairələrin maraqlarını təmin etmək üçün Azərbaycanda radikal meylləri gücləndirməyə cəhd edir. Hazırda dünya dövlətlərindəki, eləcə də ABŞ-dakı acınacaqlı vəziyyət Azərbaycanda müşahidə olunmadığına görə, onlar qısqanclıq edir və ona görə də bu cür addımlar atırlar".M. Kazımov Azərbaycanda keçiriləcək seçkilərlə bağlı da öz fikirlərini açıqlayıb: "Həmişə olduğu kimi bu il də seçkilər ən yüksək səviyyədə keçiriləcək, bu dəfə də xalqımız öz doğru seçimini edəcək. Yəni iqtidar-xalq birliyinin təntənəsini bu dəfə də görəcəyik. Qərbin hansı təşkilatı Azərbaycanla bağlı nə hesabat açıqlayırsa açıqlasın, bu bizi qıcıqlandırmayacaq. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət Qərbin bütün mənfur niyyətlərini darmadağın edib. Bundan sonra da belə olacaq".
sia.az