PDF Oxu

Siyasət

  • 41

İki qanun layihəsinə dəyişiklik müzakirə olundu

İki qanun layihəsinə dəyişiklik müzakirə olundu

Bu gün Milli Məclisin Elm və Təhsil Komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasın gündəliyində komitənin 2015-ci ilin yaz sessiyası ərzində gördüyü işlər barədə hesabat, 2015-ci ilin payız sessiyası üçün iş planı, "Təhsil haqqında" və "Milli arxiv fondu haqqında" qanunlarına dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanunlarının layihəsi haqqında məsələlər olub.Komitə sədri Şəmsəddin Hacıyev iclası açaraq gündəlik haqqında məlumat verdikdən sonra komitənin 2015-ci ilin yaz sessiyası ərzində gördüyü işlərdən danışıb. O, sədrlik etdiyi komitənin işinin qənaətbəxş olduğunu qeyd edib.Ş. Hacıyev komitənin ötən müddətdə nəzərəçarpacaq dərəcə keyfiyyətli və yüksək fəaliyyət göstərdiyini, Milli Məclisin plenar iclaslarında komitə üzvlərinin fəal iştirak etdiyini vurğulayıb.Ölkəmizin sürətlə inkişaf etdiyini deyən komitə sədri bütün sahələrdə irəliləyişlər əldə olunduğunu bildirib: "Azərbaycan iqdisadi, sosial, ümumiyyətlə bütün sahələrdə davamlı inkişafla irəliləyir. Digər dövlətlərdə baş verən fəlakətlər, müharibələrə baxmayaraq, ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür. Azərbaycan müstəqil siyasət aparır. Uğurlarımızı həzm edə bilməyən qüvvələr isə ölkəmizə qarşı qərəz nümayiş etdirirlər. Bu günlərdə Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi bədnam qətnamə ölkəmizə qarşı olan qərəzin bariz nümunəsidir. Bu qətnamə heç bir əsası olmayan, məntiqə sığmayan, şər və böhtanla dolu bir kağız parçasıdır. Bu, Milli Məclisdə də geniş müzakirə olundu, lazımlı cavab verildi, sənəd qəbul edildi. Xalqımız ölkə başçısı ətrafında sıx birləşib və gələcəkdə də belə olacaq. Heç bir qüvvə bu birliyə qarşı gələ bilməz".Daha sonra komitə sədrinin müavini Bəxtiyar Əliyev və digər komitə üzvləri çıxış edərək ötən müddətdə görülən işlərin qənaətbəxş olduğunu, iş planının yüksək səviyyədə tərtib olunduğunu deyiblər. Bildirilib ki, Avropa Parlamentinin Azərbaycan haqda qəbul etdiyi qərəzli qətnamə ölkəmizə qarşı qarayaxmadır və bu qətnamənin heç bir əsası yoxdur.Daha sonra , "Təhsil haqqında" və "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanunlarında dəyişiklik barədə məlumata verilərək müzakirələr aparılıb.Sonda "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunun 22.5-ci maddəsində " təhsil müəssisələrində" sözlərindən sonra "və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda" sözlərinin əlavə edilməsi haqda qərar qəbul olunub.Həmçinin "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanunun 10-cu maddəsinin 5-ci hissəsində "Azərbaycan Milli Akademiyasının" sözləri "müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi elmi təşkilatın" sözləri ilə əvəz edilsin.Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

sia.az

Digər xəbərlər