Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İsveçrənin ölkəmizdəki səfiri Paskal Abişer ilə görüşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.P.Abişer diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.E.Məmmədyarov səfirə gələcək fəaliyyətində uğurlar arzu edib.
AZƏRTAC