PDF Oxu

Siyasət

  • 43

Rövnəq Abdullayev: “BP operator olaraq qalacaq” AÇIQLAMA

Rövnəq Abdullayev: “BP operator olaraq qalacaq” AÇIQLAMA

"Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə gələcək işlənmə proqramı ilə bağlı danışıqlar aparılır". SİA xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında deyib.SOCAR prezidenti qeyd edib ki, hazırda bu iş üzərində mütəxəssislər çalışır: "İşlər başa çatdıqdan sonra tez bir zamanda müqavilə imzalanacağını düşünürük. BP-yə gəlincə 2024-cü ilə qədər BP şirkəti AÇG-də operatordur. Güman ki, BP şirkəti yataqlar blokunda operator olaraq qalacaq".Qeyd edək ki, "Azəri", "Çıraq", "Dərinsulu Günəşli" yataqlarının birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında saziş 1994-cü il sentyabrın 20-də Bakıda imzalanıb. Müqavilənin müddəti 30 ildir. AÇG-də BP (operator – 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), OVL (2,7%) şirkətləri iştirak edir.

sia.az

Digər xəbərlər