PDF Oxu

Siyasət

  • 41

Zaqatalada YAP-ın namizədi üçün imzatoplama kampaniyasına başlanılıb

Zaqatalada YAP-ın namizədi üçün imzatoplama kampaniyasına başlanılıb

Noyabrın 1-də keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyası başlayıb. Bu məqsədlə YAP-ın şəhər və rayon təşkilatlarında yaradılmış seçki qərargahlarında fəaliyyət göstərən mobil qruplar artıq bir neçə dairə üzrə kampaniyanı uğurla həyata keçirir. İmza vərəqələri imza toplayacaq şəxslərə təqdim edilibdir.

YAP Zaqatala rayon təşkilatı və Seçki Qərargahının sədri Habil Qurbanov bildirib ki, sentyabrın 15-də YAP İdarə Heyətinin iclasından sonra partiya tərəfindən irəli sürülmüş namizədlərin elan olunmasının ardından Seçki Qərargahı növbəti mərhələyə start verib. Bu günə qədər partiyamızın İcra Katibliyi tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq müvafiq mərhələlər üzrə nəzərdə tutulan işlərin uğurla həyata keçirildiyini vurğulayan H.Qurbanov imzatoplama kampaniyasına cəlb olunmuş partiya fəallarının bu mərhələni də uğurla başa vuracaqlarına əminliyini qeyd edib: "Artıq dünəndən partiyamız tərəfindən irəli sürülən namizədin xeyrinə imzatoplama kampaniyasına başlamışıq. Onu deyim ki, seçicilər böyük həvəs və maraqla namizədimizin lehinə imzalarını verirlər. Zaqatalılar bu mərhələdə də böyük fəallıq göstərirlər".

Ü.ƏSGƏROV

Digər xəbərlər