PDF Oxu

Siyasət

  • 33

"Freedom House" köhnə havasını çalır

"Freedom House" köhnə havasını çalır

Təşkilatın seçkilərlə bağlı fikirləri ciddi təsir bağışlamır

"Freedom House" təşkilatı yenə də ənənəsinə sadiq qalaraq anti-Azərbaycan fəaliyyətini davam etdirir. Ölkəmizin inkişafını gözləri götürməyən bəzi xarici ermənipərəst qüvvələr, o cümlədən "Freedom House" təşkilatı qarşıdakı parlament seçkiərəfəsində dövlətimizə qarşı yenə də "qara piar" kampaniyası ilə məşğul idilər. Qərəzi hər kəsə bəlli olan bu qurum həmişə olduğu kimi, yenə də öz ampluasındadır və Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla beynəlxalq ictimaiyyətdə qeyri-obyektiv fikir formalaşdırmağa çalışır.

İslamofobiya xəstəliyinə yoluxmuş "Freedom House" təşkilatı ermənipərəst dairələrin sifarişi ilə Azərbaycana qarşı gerçəkləşən hücumları dağıdıcı müxalifət və onun nəzarətində olan mətbuat orqanları tərəfindən dəstəklənir. Bu isə onların antimilli mahiyyətindən xəbər verir. Xüsusən, "Freedom House"un seçkilərin keçiriləməsinə ay yarıma qədər vaxtın qalmasına baxmayaraq yazır ki, "ölkədə seçki öncəsi demokratik şərait, bərabər hüquqlu rəqabət mühiti yoxdur, demokratik seçkilərin keçirilməsi üçün normal qanunvericilik bazası mövcud deyil, seçki komissiyaları tamamilə hakimiyyətin nəzarəti altındadır". Bu yerdə sual etmək istərdim: nəyə əsaslanıb bunu yazırsınız? Bir də "demokratiya"dan dəm vuran təşkilatın hesabatları hər bir ölkədə vəziyyəti düzgün qiymətləndirməli, demokratiya və hüququn aliliyi prinsiplərinin qorunmasına xidmət etməlidir. Ancaq bu, bir acı həqiqətdir ki, "Freedom House" qarşısına başqa məqsəd qoyub və obyektiv gerçəkliyi əks etdirmək əvəzinə, qərəzli və yalan məlumatlar əsasında hər zaman Azərbaycanın mənfi imicini formalaşdırmağa cəhd göstərir. Seçkilərlə bağlı verilən bəyanat da üzdəniraq təşkilatın Azərbaycana qarşı qərəzli xislətini bir daha göstərdi. Bu təşkilatın artıq qeyri-ciddi imici formalaşıb. Əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilər keçirilmədən artıq seçkinin nəticələri ilə bağlı böhtan dolu bəyanat hazırlayırlar. Əgər xatırlasaq ki, ötən prezident seçkilərində də "Freedom House" ölkədə seçkilərin şəffaf keçirilmədiyi ilə bağlı hesabat hazırlayaraq yaymışdı. Ancaq Azərbaycanda seçkilərin ədalətli, şəffaf və bütün dünyanın gözü qarşısında keçirildiyini təsdiqləyən 1400-dən artıq müşahidəçi seçkilər demokratik şəraitdə keçirildiyini və İlham Əliyevin böyük səs çoxluğu ilə qalib gəldiyini bildirmişdilər.

Bütün bunlar bir daha sübut edir ki, özünə beynəlxalq təşkilat statusu biçən "Amnesty İnternational", "Sərhədsiz Reportyorlar" və "Human Rights Watch" Qərb dövlətlərində baş verən hadisələrin üzərindən sakit keçirlər, ən yaxşı halda kiçik bir münasibət bildirirlər. Bu təşkilatların ikili standartlar tətbiq etməsi, əlbəttə, məyusluq yaradır. Çox təəssüf ki, "demokratiya carçılarının " əsl siması budur.

R.HÜSEYNOVA

Digər xəbərlər