Yeni Azərbaycan Partiyası (YAP) Balakən rayon təşkilatında cari ilin noyabrın 1-də keçiriləcək parlament seçkilərinə imzatoplama kampaniyasına başlayıb. Partiyanın rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Azad Balayev 10 nəfərdən ibarət imza toplayan fəalların siyahısı tərtib edildiyini bildirib. Onun sözlərinə görə rayon təşkilatının bütün tərbirlərində faəl iştirak edən Fəxrəddin Papaxov, Şəfiqə Tütünçiyeva, Qurban Poladov, Şaban Abdullayev, Qumru Daanova əvvəlcədən seçicilər arasında istiqamətləndirici söhbətlər aparmış, imzatoplama kampaniyasını bir gün ərzində başa çatdırmışlar: "Həmçinin, ayrı-ayrı seçki məntəqələri ətrafında yaşayan seçicilərlə keçirilən fərdi görüşlər onu deməyə imkan verir ki, Yeni Azərbaycan Partiyası Balakən rayon təşkilatı noyabrın 1-də seçkilərini qələbə ilə başa çatdıracaqlar. Bugünkü günə Yeni Azərbaycan Partiyasından 109 saylı Balakən Seçki Dairəsi üçün partiyadan namizədin sənədləri Dairə-Seçki Komissiyasına təqdim edilmiş və partiyanın tərtib etdiyi tədbirlər planına uyğun olaraq işlər davam etdirilir. Avqustun 13-dən etibarən isə namizədin qeydə alınması üçün seçki qanunvericiliyinə müvafiq olaraq tələb olunan imza toplanması kampaniyasına başlanılıb. Ölkəmizin ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası bütün siyasi kampaniyalarda olduğu kimi bu mərhələdə də fəallıq göstərir".
Beləliklə, iqtisadi qüdrəti ilə dünyada böyük nüfuz qazanan Azərbaycanın vahid siyasi qüvvəsi kimi respublikada aparılan genişmiqyaslı yenidənqurma işlərinin avanqardı olan Yeni Azərbaycan Partiyasına ümumxalq məhəbbəti və etiramı imzatoplama kampaniyasında bir daha hiss olundu.
A.SƏMƏDOVA