YAP Şamaxı rayon təşkilatında imzatoplama kampaniyasına yükəsk səviyyədə başlanılıb
Ölkəmizdə noyabrın 1-də keçiriləcək parlament seçkilərinin ilk mərhələsi olan imzatoplama kampaniyasına başlanılıb. Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Komissiyasının Şamaxı rayon şöbəsində YAP üzvü Eyvaz Eminaliyev Məhəmmədəli oğlunun Milli Məclisə namizədliyinin müdafiəsi ilə əlaqədar imzatoplama mərasimi keçirilibdir. Rayon təşkilatının və rayon Seçki Qərargahının sədri Bəxtiyar Abbasov bildirib ki, YAP üzvü Eyvaz Eminaliyev Məhəmmədəli oğlunun Milli Məclisə namizədliyinin qeydiyyata alınması üçün seçici imzası toplama kampaniyasına başlanılıb: "Rayon əhalisi tərəfindən imzatoplama kampaniyası çox fəal keçirilib. Ən layiqli namizədlərin qələbəsinin təmin olunması, genişlənən siyasi mübarizənin demokratiyanın tələblərinə uyğun təşkili əsas məqsəd və məramımızdır. Əsas odur ki, seçici ictimai fəaliyyətinə bələd olduğu namizədə münasibət bildirsin, etimad göstərsin. Bunun üçün də müşahidəçi və məşvərətçilər təbliğat-təşviqat kampaniyasında fəallıqlarını artırmalı, seçicilərlə görüşlərdə söhbətlərini bu istiqamətdə təşkil etməlidirlər. Bu baxımdan şamaxılılar bu prosesi də uğurla başa vuracaqlar".
R.KAMALQIZI