"Ümummiyyətlə partiyaların daxilində istənilən bir şəxsin, istənilən dairədən namizədliyinin irəli sürməsinin qarşısında yaradılan maneələr yolverilməzdir. Bunu SİA-ya "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev Əli Kərimlinin ona alternativ olmaq istəyənləri Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) uzaqlaşdıracağı ilə hədələməsinə münasibət bildirərkən deyib.Baş redaktor bildirib ki, əgər partiya demokratik əsaslarda qurulubsa, fikrimcə onun hər bir üzvü istənilən bir seçki kampaniyasında iştirak edib-etməmək barədə öz qərarını verə bilər: "Partiya üzvlərinin istənilən bir dairədə seçkiyə gedib-getməmək hüququ qorunmalıdır. Əks halda partiyanın müdafiə etdiyi demokratik dəyərlər cəmiyyətin gözündə öz məzmununu, mənasını, əhəmiyyətini itirə bilər. Əgər belə bir addımlar atılırsa, yəni partiyadan başqa şəxslərin namizədliyinin verilməsi yollarında maneələr yaradılırsa, bu gec-tez həmin partiyanın daxilində parçalanmalara və ya dağılma prosesinin sürətlənməsinə səbəb olacaq".
sia.az