"Bu gün ordumuzda müsbət mənada islahatlar davam edir. Onun tərkib hissəsi hüquqi islahatlardır. Təbii ki, bu da Azərbaycan Konstitusiyasında öz əksini tapıb". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli deyib.Hərbi eskpertin sözlərinə görə, ancaq hərbi qulluqçuların digər statusları var ki, bunlar da qanunvericilikdə öz əksini tapmalıdır: "Ona görə ki, onlar bir çox hüquq və azadlıqlarından şüurlu sürətdə imtina edirlər. Məsələn, mülki işçilər istədiyi yerdə sərbəst iş yeri seçə bilərlər. Amma hərbi qulluqçularda belə bir şey yoxdur. Eləcə də mülkidə hansısa bir işçinin təsir etmək hüququ var amma hərbi qulluqçuda bu yoxdur. Hərbi qulluqçulara dövlət tərəfindən imtiyazlar, əlavə status verilir, həmçinin maliyyə yardımları edilir, onların məişət şəraiti yaxşılaşdırılır. Beləcə bütün hərbi qulluqçuların təminatı birbaşa dövlətin nəzarətində olur. "Hərbi qulluqçuların statusu" haqqında qanunvericilikdə ediləcək dəyişiklərə gəlincə deyə bilərəm ki, daima bu fikir mübadiləsi olub".E.Həsənli əlavə edib ki, Sovet dövründən qalan bir çox qanunlar: "Həmin qanunlar Sovet dövründən götürülmüş, köçürülmüş qanunlardır. Dünyanın müasir orduları var. Biz NATO-nun, qardaş Türkiyənin də təcrübəsindən yararlanmalıyıq. Ən əsası isə Azərbaycanın özünün milli xüsusiyyətləri var. Hesab edirəm ki, bunlar nəzərə alınmalıdır. Bu məsələlər hamısı qanun qəbul edilməmişdən əvvəl ölçülüb-biçilir. Burada həm eskpertlərin müzakirələri olur, həm də qeyri-hökumət təşkilatları iştirak edirlər. Sonradan bu məsələlər Milli Məclisin komitəsində müzakirə edilir. Bilirsiniz ki, qanun qəbul edilə bilər, amma onun işlək mexanizmi olmalıdır. Biz çalışmalıyıq ki, qanunlarımızı işlək mexanizmi olsun".
sia.az