Noyabr ayının 1-də keçiriləcək Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Vəliyev İlqar Mahir oğlunun müdafiəsi üçün seçici imzalarının toplanması kampaniyası uğurla başa çatıbdır. Yeni Azərbaycan Partiyasının namizədi İlqar Vəliyevin dəstəklənməsi üçün 90 saylı Ağdaş Dairə-Seçki Komissiyasından 11 imza vərəqəsi alınıb. İmzatoplama kampaniyası qısa müddət ərzində uğurla başa çatmış, 550 seçicidən imza toplanmışdır. İmza vərəqələri müvafiq sənədlərlə birlikdə Dairə-Seçki Komissiyasına təhvil verilibdir.
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Ağdaş rayon şöbəsində Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərə hazırlıq işləri davam etdirilir.
Ü.ƏSGƏROV