PDF Oxu

Siyasət

  • 41

Ermənistan iqtisadi və siyasi cəhətdən tənəzzülə uğrayıb

Ermənistan iqtisadi və siyasi cəhətdən tənəzzülə uğrayıb

Arzu Nağıyev: "Ermənilər Ermənistanda yaşanmaqdansa, təslim olar və ya digər yolla əks-tərəfə can ata bilərlər "

Məlum olduğu kimi, Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vaan Emilyeviç Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. V. Martirosyan bildirib ki, rəhbərlik etdiyi müxalif yönümlü "Milli Azadlıq Hərəkatı" təşkilatının fəaliyyətinə görə, Ermənistan Respublikasının dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərinin təzyiqlərinə məruz qalıb. Bütün bunlar bir daha Ermənistanda vəziyyətin son dərəcədə kritik olduğunu göstərir. Politoloq Arzu Nağıyev "Səs" qəzetinə açıqlamasında bildirdi ki, Vaan Matirosyanın Azərbaycandan siyasi sığınacaq istəməsi Ermənistanın bir daha istər iqtisadi, istərsə də siyasi tənəzzülə uğradığını sübut edir: "Bu gün doğrudan da kritik bir vəziyyətlə üzləşən Ermənistan üçün müxalifət liderinin özünə düşmən saydığı və müharibə şəraitndə olan Azərbaycandan siyasi sığınacaq istəməsi sensasiya doğuran bir məlumatdır və dövlətin imicinə bir zərbədir. Düşünürəm ki, Vaan Matirosyan bir müddətdən sonra hansısa üçüncü ölkəyə də gedə bilər, lakin əsas məsələ onun məhz Azərbaycanı seçməsidir".

"Ermənistan müxalifət liderinin Azərbaycana keçməsi fonunda digər Ermənistan vətəndaşları da analoji addım ata bilərlərmi" sualını cavablandıran politoloq bildirdi ki, belə bir qərarın qəbul edilməsi Ermənistanın "Milli Azadlıq Hərəkatı"nın təşkilatının rəhbəri Vaan Matirosyan üçün o qədər də asan olmayıb: "Təsəvvür edin ki, daim iqtidar tərəfindən təqiblərə məruz qalan bu siyasətçi öz qərarını sona çatdıra bilibsə, digərlərinin belə addım atması yəqin ki, daha asan olar. Bəli, ermənilər Azərbaycana keçə bilərlər, səbəb və məqsədlərindən asılı olaraq bunu edərlər. Bu yəqin ki, tək siyasi məslələrlə bağlı yox, digər amilılərlə, o cümlədən, iqtisadi problemlərlə də bağlı ola bilər".

"Analtiklər istisina etmirlər ki, Ermənistan Azərbaycanla sərhəddə postları götürərsə, bu halda, nəyinki Dağlıq Qarabağda, ümumiyyətlə, Ermənistanda insanlar qalmaz və kütləvi şəkildə Azərbaycana köçmə prosesi yaşanar. Bu iddialar nə dərəcədə realdır" sualına cavabında A.Nağıyev bildirdi ki, baş verənlərdən sonra Ermənistan hakimiyyəti təmas xəttində və sərhədyanı bölgələrdə nəzarəti gücləndirəcəklər və xüsusi xidmət orqanları daha başqa iş rejiminə keçəcəkdir: "Əlbəttə, insan harada onun üçün daha önəmli həyat varsa, ora can atır. Burada da belədir, ermənilər Azərbycanla müqayisə olunmğa belə haqqı olmayan Ermənistanda yaşanmaqdansa, təslim olar və ya digər yolla əks-tərəfə can ata bilərlər. Düşünürəm ki, bu gün Ermənistan vətəndaşlarının və ya Dağlıq Qarabğda yaşayan ermənilərin çox hissəsi Azərbaycanda yaşamağa üstünlük verərdilər".

GÜLYANƏ

Digər xəbərlər