PDF Oxu

Siyasət

  • 30

Nəsimi rayonunda müşahidəçi və məşvərətçi səs hüquqlu şəxslərlə görüş keçirildi

Nəsimi rayonunda müşahidəçi və məşvərətçi səs hüquqlu şəxslərlə görüş keçirildi

Dünən Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatında 21 saylı Nəsimi 1-ci seçki dairəsinin müşahidəçi və məşvərətçi səs hüquqlu şəxslərilə görüş keçirildi.

Görüşü giriş sözü ilə açan YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ilk olaraq Azərbaycan ictimai-siyasi həyatına nəzər salaraq qeyd etdi ki, siyasi aləmdə, beynəlxalq miqyasda tanınan ölkəmiz Prezident Cənab İlham Əliyevin fəaliyyəti dövründə böyük uğurlara imza atıb. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən ölkə başçısının hər addımı Azərbaycanın işıqlı gələcəyinə doğrudur: "Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə, söz sahibinə çevrilməsi dünya miqyasında qəbuledilən reallıqdır. Bu reallığı təsdiq edən bir çox amilləri sadalamaq mümkündür. Azərbaycanda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycan dövlətinin dünyada artan nüfuzunu təsdiq edən mühüm faktorlardır. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir".

M.İbrahimqızı Azərbaycanın dinamik inkişafına nəzər salaraq həyata keçirilən Dövlət Proqramlarının bütün bölgələrin tarazlı inkişafına nail olmaqla abadlıq və quruculuq işlərinin aparılmasına, infrastrukturun yenidən qurulmasına yol açdığını bildirdi. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik, insanların təhlükəsizliyi təmin edilib və hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Belə bir ölkədə yaşayan xalqımız ictimai-siyasi hadisə olan 1 noyabr parlament seçkiləri ərəfəsində olduğunu bildirən M.İbrahimqızı Azərbaycanda son illərdə keçirilən seçkilərin demokratik prinsiplər əsasında həyata keçirildiyini bildirdi. Azərbaycanda keçirilən seçkilərin şəffaflığı müstəqil dövlətimizin inkişafına təsirini göstərir. Artıq keçirilən seçkilər zamanı əldə olunan nailiyyətlər və təcrübə bizə bu fikirləri söyləməyə əsas verir. Azərbaycan, parlament seçkilərində şəffaflığın qorunmasında 21 saylı Nəsimi 1-ci seçki dairəsinin müşahidəçi və məşvərətçi səs hüquqlu şəxslərə tövsiyə və tapşırıqlarını verdi. O, qeyd etdi ki, hər kəs üzərlərinə düşən tapşırıqların məsuliyyətini dərk etməlidir: "Məşvərətçi və müşahidəçilərin artıq siyahıları Mərkəzi Seçki Komissiyası tərəfində təsdiqlənib. Məşvərətçi və müşahidəçilər seçki prosesi zamanı üzərinə düşən vəzifələrin layiqincə, yüksək səviyyədə yerinə yetirməlidirlər. Biz seçkiləri demokratik prisiplər əsasında quracağaq, onun tam şəffaf şəkildə keçməsinə tam şərait yaradılıb".

M.İbrahimqızı çıxışında onları bir daha fəal olmağa, yüksək mədəniyyət, etika nümayiş etdirməyi tövsiyə edərək, seçki günü məntəqədə bütün işlərə nəzarət etməyə səslədi və həmin gün hansısa qanun pozuntusunu müşahidə etdikdə, onu qeyd edib günün sonunda məntəqə sədrinə təqdim etmələrini tapşırdı. Bir daha məşvərətçi və müşahidəçilərin diqqətinə ayıq-sayıq olmağı çatdırdı.

Görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər