PDF Oxu

Siyasət

  • 30

YAP Suraxanı rayon təşkilatında imzatoplama kampaniyası uğurla davam edir

YAP Suraxanı rayon təşkilatında imzatoplama kampaniyası uğurla davam edir

Noyabrın 1-də keçiriləcək parlament seçkilərinə hazırlıqla əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının rayon şöbələrinin Fəaliyyət Proqramına uyğun olaraq, Suraxanı rayon təşkilatı tərəfindən müəyyən tədbirlər planı həyata keçirilir.

Artıq yeni mərhələyə - YAP tərəfindən irəli sürülmüş namizədlərin imzatoplama kampaniyasına start verilib. Bu məqsədlə, YAP-ın şəhər və rayon təşkilatlarında yaradılmış seçki qərargahlarında fəaliyyət göstərən mobil qruplar artıq bir neçə dairə üzrə kampaniyanı uğurla həyata keçirir.

YAP Suraxanı rayon təşkilatı və Seçki Qərargahının sədri Vüqar Seyidovun imzatoplama kampaniyası ilə bağlı qəzetimizə verdiyi məlumata əsasən, rayon üzrə üç DSK fəaliyyət göstərir: "30 saylı Suraxanı birinci DSK - seçicilərin sayı 37111 nəfər, 31 saylı Suraxanı ikinci DSK - seçicilərin sayı 38957 nəfər və 32 saylı Suraxanı üçüncü DSK- seçicilərin sayı 39006 nəfərdir. YAP xətti ilə 30 saylı DSK-dan Sevinc Fətəliyevanın, 31 saylı DSK-da Zərnişan İbadovanın, 32 saylı DSK-dan isə Ağacan Abiyevin namizədliyi irəli sürülüb. Hər üç namizədin imza vərəqələri DSK-lardan götürülmüş və seçki qərargahının təyin etdiyi şəxslər tərəfindən imzatoplama kampaniyasına başlanmışdı. YAP Suraxanı rayon təşkilatının qərargahı öz işini təqvim planına əsasən həyata keçirir. YAP Suraxanı rayon təşkilatının qərargah üzvləri 17 nəfərdən ibarətdir və onlar arasında vəzifə bölgüləri aparılmışdır. Həmçinin, növbətçilik qrafiki təyin olunmuşdu. Qeyd edim ki, Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı tərəfindən verilən tövsiyə və tapşırıqlara uyğun olaraq, müvafiq mərhələlər üzrə nəzərdə tutulan işləri uğurla həyata keçirilir. Təşkilatın fəalları imzatoplama kampaniyasında da xüsusi fəallıq göstərirlər. Rayon sakinləri partiya tərəfindən təyin olunmuş imza toplayanları yüksək əhval-ruhiyyə ilə qarşılayırlar".

Rayon təşkilat sədri qeyd edib ki, üç DSK üzrə 90 məntəqə və seçkiyə beş gün qalmış iki məntəqə əlavə fəaliyyət göstərəcəkdir (hərbi hissə və təcridxana). Bu məntəqələr üzrə müşahidəçilərin siyahıları dəqiqləşdirilib. Həmçinin, ilk dəfə səs verəcək seçicilərin siyahısı da müəyyənləşdirilib. YAP rayon təşkilatı nəzərdə tutulan tədbirləri mərhələ-mərhələ həyata keçirir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər