PDF Oxu

Siyasət

  • 25

“Əli Kərimlinin 20 illik sədrliyi süquta uğrayacaq” AÇIQLAMA

“Əli Kərimlinin 20 illik sədrliyi süquta uğrayacaq” AÇIQLAMA

"AXCP bir neçə gün öncə 3-5 nəfərlə konfrans keçirib. Həmin adamları Əli Kərimli 5 manat verməklə öz tədbirinə dəvət edib. Buradan da belə bir anlayış ortaya çıxır ki, Əli Kərimli yalnız maddi gücü ilə qurultaya qədər bir neçə rayonda konfrans keçirə biləcək". Bu fikirləri SİA-ya açıqlamasında AXCP Etimad Qurultayı təşkilat komitəsinin üzvü Ehtiram Mehdiyev deyib.Onun sözlərinə görə, heç bir halda AXCP-nin qurultayı uğurlu keçə bilməz: "Çünki pul müqabilində alınan adamlar da gec-tez bu insanın simasını görəcəklər. Hələ qurultay öncəsi partiyada gizli və aşkar qruplaşmalar yaranıb. Ona görə də düşünürəm ki, qurultayda narazı cəbhəçilər etiraz edəcək. Partiyada parçalanmalar hələ də davam etməkdədir. Rayon şöbələri artıq parçalanıb. Hesab edirəm ki, hər nə qədər Əli Kərimli öz postunu saxlamaq üçün çalışsa da qurultayı başa vura bilməyəcək. Qurultay keçiriləcək və Əli Kərimlinin 20 illik sədrliyi süquta uğrayacaq. Partiyada olan qalan adamlar yalnız və yalnız Kərimlinin əmr qullarıdır".

sia.az

Digər xəbərlər