PDF Oxu

Siyasət

  • 25

Politoloq: “AKP daha çox səs toplayacaq” AÇIQLAMA

Politoloq: “AKP daha çox səs toplayacaq” AÇIQLAMA

"Ümumiyyətlə Türkiyə öz dövlətçilik sistemini elə qurub ki, siyasi proseslər, seçkilər onun kökünə, mənsəbinə təsir edə bilməz. Çünki bu, Mustafa Kamal Atatürkdən gələn bir ənənədir". Bunu SİA-ya politoloq Elşən Musayev noyabrın 1-də Türkiyədə keçiriləcək növbədənkənar parlament seçkilərinə münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, bütün bunlar illər uzunu oturuşmuş bir prioritetdir: "Xalqların Demokratik Partiyasının (HDP) Türkiyədə hakimiyyətə gəldiyi təqdirdə ölkənin bölünməsi ilə bağlı yayılan bütün məlumatlar bu günün reallığı ilə uzlaşmır. İlk növbədə, bu gün HDP-nin Türkiyədə hakimiyyətə gəlmə şansı yoxdur. Ümumiyyətlə bu şans sıfıra bərabərdir. HDP çox böyük ehtimalla son seçkilərdə əldə etdiyi nəticəni də itirəcək. Çünki bəzi terrorlar, bəlli qətliamlar, eyni zamanda xarici dövlətlərin birbaşa diqtəsi ilə həyata keçirilən Türkiyə əleyhinə neqativ hərəkətlər HDP-ni tamamən gözdən saldı".E.Musayev əlavə edib ki, ümumiyyətlə Türkiyədəki son seçkilər birbaşa ABŞ-ın, eyni zamanda Avropanın özünün marağında daha çox olub, nəinki Türkiyənin: "Onlar HDP-ni qaldırmaqla əslində AKP hakimiyyətinə ciddi ziyan vurmaq istəyir. Amma Rəcəb Tayyib Ərdoğan hakimiyyəti bunun öhdəsindən gəldi. Beləcə ictimai rəyə çatdırıldı ki, əslində bunların hamısı planlı hadisələrdir. Türkiyə xalqı artıq bu qənaətdədir ki, elə əvvəlki hakimiyyət qalmalıdır. AKP öz hakimiyyətini saxlayacaq. Düşünürəm ki, əvvəlki dövrlərdən daha çox səs toplayacaq. Çünki onun Ərdoğan kimi lideri, şəxsiyyəti var. Türkiyədə baş verən proseslər həm də bizim marağımızda olan məsələlərdir. Çünki onlar bizə çox yaxındırlar və bizi dəstəkləyən dövlətdirlər".

sia.az

Digər xəbərlər