PDF Oxu

Siyasət

  • 24

Masallıda seçkilərdə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Masallıda seçkilərdə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Gənclər Mərkəzində seçkilərdə ilk dəfə səs verəcək gənclərlə görüş keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov çıxış edərək noyabrın 1-də ölkəmizdə Milli Məclisə keçiriləcək növbəti seçkilərdə cəmiyyətimizin aparıcı qüvvəsi olan gənclərin fəal iştirakının, hər bir gəncin seçki hüququndan istifadə edərək öz seçimini etməsinin zəruriliyini diqqətə çatdırıb.Masallı rayonunda ilk dəfə səs verəcək gənclərin sayının 1500 nəfərə yaxın olduğunu vurğulayan C. Manafov seçkilərə ilk dəfə qatılacaq gəncləri təbrik edib, onların seçkilərdə fəal iştirak edəcəklərinə əminliyini bildirib.Tədbirdə çıxış edən 70 saylı Masallı şəhər seçki dairəsi dairə seçki komissiyasının katibi Sərxoş Nuriyev parlament seçkilərinin tarixi, seçki qanunvericiliyi və bu sahədə qəbul edilmiş hüquqi aktlar barədə ətraflı məlumat verərək, ölkəmizdə seçki sisteminin təkmilləşdirildiyini, seçicilərin səsvermə hüquqlarının tam təmin olunduğunu bildirib.Geniş müzakirə şəklində davam edən tədbirdə seçkilərdə ilk dəfə iştirak edəcək gəncləri maraqlandıran suallar cavablandırılıb, onlara seçkilərlə bağlı hazırlanmış bukletlər paylanılıb.

AZƏRTAC

Digər xəbərlər