PDF Oxu

Siyasət

  • 28

Dövlətin yürütdüyü məqsədli inkişaf strategiyası Avropa Palrlamentinin qərəzlərini darmadağın edir

Dövlətin yürütdüyü məqsədli inkişaf strategiyası Avropa Palrlamentinin qərəzlərini darmadağın edir

Avropa siyasiləri düşdüyü problemləri necə çözməsi barədə düşünməlidir

Avropa Parlamentinin Azərbaycanla bağlı qərəzli qətnaməsindən sonra bir daha bəlli oldu ki, ölkəmizin davamlı inkişafı və tərəqqisini gözü götürməyən qaranlıq dairələr və qoca qitənin siyasi avantüristlərindən ibarət olan lobbist qurumları yenidən təzyiq, diktə dili ilə danışaraq, öz maraqlarını təmin etməyə cəhd göstərirlər. Təbii ki, daha öncələr olduğu kimi, bu dəfə də onların maraqları təmin olunmamış qalmaqdadır. Çünki ilk növbədə, Azərbaycan xalqının bu cür siyasi oyunbazlıqlara inamı yoxdur. O cümlədən, dövlətin yürütdüyü məqsədli inkişaf strategiyası, həmçinin mövcud təməlli prinsiplər Avropa Palrlamenti və həmin qurum daxilində fəaliyyət göstərən bir sıra institutların qərəzlərini darmadağın edir. Əlbəttə, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinin əsassız olması ilə yanaşı, həm də yalan, böhtan, qərəzli münasibət üzərində qurulmuş siyasi təxribat olması da, bir çoxlarına bəllidir. Məhz bu baxımdan, ortada olan sarsılmaz xalq-hakimiyyəti birliyi, xalqın iqtidara olan inamı bu cür təxribatların ayaq açıb yeriməyə əngəllər yaradır.

Avropa Parlamentinin qətnaməsi Azərbaycan xalqının iradəsinə, tutduğu mövqeyə heç bir təsir etməyəcək

Bu arada ölkə Prezidenti Cənab İlham Əliyevin irəli sürdüyü tezisləri də olduqca əhəmiyyətlidir. Dövlət başçısı bununla bağlı vurulayıb ki, bənzər qərəzlərin arxasında duran qüvvələrin məqsədi ondan ibarətdir ki, inkişafda olan, müasir, müstəqil siyasət aparan, tolerant Azərbaycan haqqında yanlış rəy yaratsınlar. Söz yox ki, Avropa Parlamentinin qətnaməsi Azərbaycan xalqının iradəsinə, tutduğu mövqeyə heç bir təsir etməyəcək.

Və yaxşı olardı ki, Avropanın siyasi başbilənləri hazırda onların öz məkanlarında cərəyan edən, acınacaqlı, baş aça bilmədikləri problemlərdən çıxış yolu tapsınlar. Çünki hazırda Yaxın Şərqdən üzü Avropaya axın edən çoxmilyonlu qaçqınlar ordusu məhz Avropanın yürütdüyü "demokratiyanın bərpası siyasəti"nin bariz qurbanlardıdır. Daha dəqiq desək, Avropanın "demokratiya" dərsi indi bu qitənin öz başında çatlayır. Məhz bu "demokratiya" dərsənin acı nəticələridir ki, hazırda Avropaya üz tutmuş şəxslərin yaşadıqları ölkələr dağıdılmış və ərazi bütövlüyü pozulmuş, yüz minlərlə vətəndaş məhv edilmiş, milyonlarla insan öz yaxınlarını itirmişdir.

Lakin bu da son deyil. Məsələ həm də ondadır ki, Avropa "demokratiyası"nın daha bir üzü bundan sonrakı zamana təsadüf edə bilər. Məsələn, sirr deyil ki, bu gün bu məkanda cərəya edən daha bir problem Yaxın Şərq qaçqınlarını gözləyir. İslamofobiya, irqçilik, ksenofobiya!.. Görünür, bu gün inkişaf və tərəqqi edən müstəqlil Azərbaycana qarşı qərəz püskürməklə özü ətrafında baş verən hadisələri ört-basdır etmək istəyən Avropanın siyasəti məkanı Avropa Parlamentinin "töhfəsi"ndən yararlanaraq, bundan səmərə əldə edəcəyini düşıünürmüş, ancaq yanılıb!

Əli Həsənov: "Azərbaycan dövləti və Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını, "böyük-kiçik" münasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcək"

Məsələn, hazırda qoca qitənin Avronest adlı təşkilatı amorf bir qüvvəyə çevrilib və heç bir fəaliyyət göstərmir. Buna görə də Azərbaycan Parlamenti orada fəaliyyətini dayandırır. Üstəılik, Azərbaycana qarşı atılan hər bir addıma adekvat cavab verilib və bundan sonra da veriləcəkdir. Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq hökm sürür, ictimai-siyasi asayiş qorunur, sabitlik, dinamik inkişaf var: "Azərbaycan etibarlı əllərdədir. Heç bir kənar qüvvə xalqın iradəsinə təsir edə, onu müstəqillik, azadlıq yolundan döndərə bilməz".

Azərbaycana qarşı yönələn təzyiqlər, təhdidlər, hücumlar da müstəqil siyasətə görədir. Görəndə ki, bu təzyiqlər və şər-böhtan kampaniyaları səmərə vermir, başqa üsullara əl atırlar.

Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da vurğulayıb ki, Azərbaycanın müstəqil siyasəti və əldə etdiyi nailiyyətlər Qərbdəki bəzi islamofob və ermənipərəst dairələri qıcıqlandırır: "Avropa Parlamentinin Azərbaycana qarşı ardıcıl həmlələri, qəbul etdiyi qeyri-obyektiv və qərəzli qətnamələr də həmin dairələrin təhriki və bu struktura davamlı təzyiqinin nəticəsidir. Azərbaycanda parlament seçkiləri ərəfəsində qəbul olunmuş növbəti qətnamə bu qurumun rəhbərliyinin və oradakı məlum qrupun ölkəmizin beynəlxalq nüfuzuna zərbə vurmaq cəhdindən başqa bir şey deyildir. Azərbaycan Avropa İttifaqının üzvü deyil, bu qurumun qarşısında heç bir məsuliyyət daşımır və buna görə də Avropa Parlamentinin qəbul etdiyi qətnamə bundan əvvəlki qərəzli sənədlər kimi kağız parçasından başqa bir şey deyil. Azərbaycan dövləti və Azərbaycan heç vaxt kimlərinsə dominantlıq iddiasını, "böyük-kiçik" münasibətlərini tətbiq etmək cəhdlərinə yol verməyəcək."

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov da qeyd edib ki, beynəlxalq aləmə çıxış resursları güclü olan dövlətlər prosesləri monopoliyaya almışlar. Onlar bu prosesləri maraqları çərçivəsində, istədikləri formada, məzmunda və istiqamətdə yaymaqla, mövqe formalaşdırmaqla məşğuldurlar. Universal dəyərlərdən danışmaqdan yorulmayan Qərb və Avropada, deyəsən heç bir dəyər qalmamışdır.

Göründüyü kimi, Avropa bu gün heç də rahat günlərini yaşamır və yaxşı olardı ki, hazırda ğöz problemlərini necə çözəcəyi barədə düşünsün.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər