PDF Oxu

Siyasət

  • 43

Parlament seçkiləri demokratik prinsiplərə əsaslanacaq

Parlament seçkiləri demokratik prinsiplərə əsaslanacaq

Dünən YAP Nəsimi rayon təşkilatının qərargahında 1 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 22 saylı Nəsimi II seçki dairəsində yerləşən məntəqələr üzrə təyin olunmuş müşahidəçi və məşvərətçi səs hüquqlu şəxslərlə görüş keçirildi.

Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının Nəsimi rayonu üzrə səlahiyyətli nümayəndəsi Azər Süleymanov ölkəmizin növbəti seçki ərəfəsində olduğunu diqqətə çəkərək parlament seçkilərinin azad və demokratik şəkildə başa çatdırmaq üçün hər cür şərait və qanunvericilik bazasının yaradıldığını bildirdi: "Ölkəmizdə demokratik prinsiplərin tam təzahürü seçki prosesində də açıq şəkildə müşahidə olunmaqdadır. Bu günə qədər cəmiyyət həyatında və ölkəmizin demokratik imicinin formalaşmasında əsas amil olan seçki prosesi vətəndaş mövqeyinə və iradəsinə əsasən keçirilib. Dövlətimizin günü-gündən artan qüdrəti iqtisadi-siyasi sahədə əldə olunan uğurlar seçki prosesində də mütərəqqi ideyaların və bəşəri dəyərlərin təminatını mümkün etmişdir".

A.Süleymanov diqqətə çatdırdı ki, noyabrın 1-də keçiriləcək parlament seçkilərinin azad və ədalətli, beynəlxalq, sivil dəyərlərə uyğun keçirilməsi üçün dövlətimiz tərəfindən ən zəruri addımlar atılıb. Bütün ölkə üzrə olduğu kimi, Nəsimi rayonunda da seçkilərin şəffaf keçirilməsinə xüsusi diqqət ayrıldığını bildirən A.Süleymanov xalqımızın kifayət qədər seçki təcrübəsinə malik olduğunu qeyd etdi.

O, Yeni Azərbaycan Partiyasını təmsil edən müşahidəçi və məşvərətçilərə Azərbaycan Respublikasının Seçki Məcəlləsində olan əsas anlayışlar, müşahidə aparmağın prinsipləri, müşahidəçilərin riayət etməli olduqları şərtlər barədə məlumat verdi. Onlara seçki prosesində hüquq və vəzifələri ilə bağlı tövsiyələrini verdi. "YAP-ın məqsədi qarşıdan gələn parlament seçkilərinin də şəffaf və ədalətli, demokratik prinsiplərə uyğun keçirilməsidir" - deyən səlahiyyətli nümayəndə hər bir müşahidəçi və məşvərətçiyə seçki günü öz hüqüq və vəzifəsindən layiqli şəkildə yararlanmasını məsləhət gördü. Qeyd etdi ki, müşahidəçi və məşvərətçilər üçün yaddaş kitabçaları və bukletlər hazırlanıb, onlardan istifadə etməyi də tövsiyə etdi. Görüş maraqlı diskussiya ilə davam etdi və müşahidəçi və məşvərətçiləri maraqlandıran suallar ətraflı cavablandırıldı.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər