PDF Oxu

Siyasət

  • 24

Politoloq: “İtirən tərəf Avropa olacaq" AÇIQLAMA

Politoloq: “İtirən tərəf Avropa olacaq" AÇIQLAMA

"Avropa Azərbaycana münasibətdə yalnız davranış üslubu seçdiyini dərk etməyə başlayıb. Avropanın bəzi strukturları zaman-zaman Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirib". Bunu SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu söyləyib.Politoloq bildirib ki, bu mövqelərin heç bir əsası olmayıb: "Nümayiş etdirilən mövqelər həssas dövrlərdə Azərbaycana təzyiq etməyə hesablanır. Bununla Avropa Parlamenti və digər strukturlar özlərini növbəti dəfə ifşa etmiş oldular. Belə ki, biz və dünya ictimaiyyəti Avropanın insan hüquq və azadlıqlarından və demokratiya prinsiplərindən özünün maraqlarının təmin etməsi aləti kimi istifadə edir. Avropa Parlamentinin sonuncu bəyanatındakı qərəz, əsassızlıq tam aşkar idi və Azərbaycan tərəfi buna layiqli reaksiya nümayiş etdirdi. Azərbaycan növbəti də Avropaya çatdırdı ki, ölkəmizlə təzyiq dilində ünsiyyət qurmaq qeyri-mümkündür. AŞPA Avropa strukturları daxilində özünəməxsus ciddi yerə və rola malikdir. Bu baxımdan, düşünmək olar ki, Avropa yanlış addım atdığının fərqindədir və Azərbaycanla münasibətlərin korlanması etimallarından ciddi narahatçılıq keçirir. AŞPA-nın nümayəndə heyəti Avropa Parlamentinin atdığı yanlış addımı taktiki gedişlərlə düzəltməyə çalışacaq. Çünki, Azərbaycanla münasibətlərin korlanmasından itirən tərəf Avropa olacaq".

sia.az

Digər xəbərlər