"Ukrayna böhranı fonunda Rusiya ilə Qərbin ziddiyyətləri yeni mərhələyə keçdi. Bu ziddiyyətlər əvvəllər də müxtəlif sferalarda var idi. Lakin Ukrayna böhranı nəticəsində kontrasasiya mühiti formalaşdı". Bunu SİA-ya Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli Qərblə Rusiya arasındakı qarşıdurmalara münasibət bildirərkən deyib.Politoloqun sözlərinə görə, indiki vəziyyətin özəlliyi, mürəkkəbliyi ondadır ki, Rusiya ilə bir nüvə dövləti olaraq ABŞ arasında müharibənin baş verməsinə imkan verməyən heç bir imzalanmış sənəd qalmayıb: "Bir çox ekspertlər qeyd edirlər ki, sanki yenidən soyuq müharibə dövrünə daxil olmuşuq. Hətta soyuq müharibə dövründə Sovet İttifaqı ilə ABŞ arasında belə strateji hücum silahlarının məhdudlaşdırılması haqqında məlum sənədlər imzalanmışdı. Hazırda bu iki nəhəng dövlət arasında müharibənin başlanmasının qarşısını ala biləcək heç bir hüquqi, normativ sənəd yoxdur. Yəni vəziyyətin mürəkkəbliyi də məhz bundadır".E. Nəsirli əlavə edib ki, Rusiyaya təzyiqlərin artması fonunda qarşı tərəf də cavabsız qalmır: "Eyni zamanda Rusiya Suriyada və digər ərazilərdə Qərb, ABŞ-la çox ciddi konstrasiyaya gedir. Bu vəziyyət çox təhlükəlidir. Çünki söhbət nüvə dövlətlərindən gedir. Onların arasında gərginliyin artması, eyni zamanda lokal müharibələrin başlanmasına, genişlənməsinə, yeni-yeni müharibə ocaqlarının yaranmasına şərait yarada bilər. Hesab edirəm ki, bu, çox təhlükəli tendensiyadır. Belə vəziyyətdə hesab etmək olar ki, yalnız beynəlxalq aləmdə etimad mühitinin formalaşdırılması ilə indiki vəziyyətdən çıxış yolları tapmaq olar.Təsadüfi deyil ki, ABŞ-ın məşhur politoloqu belə bir ifadə söyləmişdir ki, Rusiyaya qarşı təzyiqlərin artmasının qorxunc nəticələri ola bilər. Rusiyaya qarşı iqtisadi maliyyə sanksiyaları ona gətirib çıxara bilər ki, rəsmi Moskva bu halda gözlənilməz ssenariləri işə sala bilər. Maliyyə ehtiyatlarından məhrum olan Rusiya belə vəziyyətdə özünümüdafiə instinkti naminə ən mürəkkəb, qəliz addımlar ata bilər".
sia.az