PDF Oxu

Siyasət

  • 23

YAP rəsmisi: “Xalqın maraqlarını kiməsə qurban verə bilmərik” AÇIQLAMA

YAP rəsmisi: “Xalqın maraqlarını kiməsə qurban verə bilmərik” AÇIQLAMA

"Heç kimə sirr deyil ki, Azərbaycanda keçirilən mötəbər tədbirlər zamanı bəzi xarici təşkilatların və onların strukturlarının yadına ancaq ölkəmiz düşür. Onlar dərhal ədalətsiz, həqiqətə uyğun olmayan qətnamələr qəbul edirlər. Əgər biz Avropa Parlamentini (AP) misal göstərsək görərik ki, yeni formalaşan AP son il yarım ərzində Azərbaycanla bağlı 3 qətnamə qəbul edib. Halbuki, biz Avropa İttifaqının üzvü deyilik, əksinə Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində əməkdaşlıq edirik. Lakin bununla yanaşı Avropa İttifaqına daxil olan və yaxud daxil olmayan Avropa ölkələri mövcuddur". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bəzi xarici təşkilatların Azərbaycan qarşı yürütdüyü ikili stadartlara münasibət bildirərkən deyib.YAP İcra katibinin müavinin sözlərinə görə, bu gün 20-dən artıq ölkə var ki, onlar Aİ-ə daxil deyillər: "Nədənsə, bunlarla bağlı, o cümlədən Azərbaycandan savayı, Cənubi Qafqazda olan ölkələrlə bağlı indiyədək bir dəfə də olsun qətnamə qəbul olunmayıb və müzakirə aparılmayıb. Amma onlar Azərbaycanda keçirilən ilk Avropa Oyunları ərəfəsində müxtəlif çağırışlar etdilər və qətnamələr qəbul etdilər. Halbuki idmanı siyasətə qatmaq olmazdı. O cümlədən də seçki kampaniyası ərəfəsində onların qəbul etdiyi qərarlar çox ədalətsizdir və həqiqətə söykənmir. "Freedom House", "Human Rights Watch" və digər bu kimi təşkilatlar var ki, onlar Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizə qarşı istər seçkilər dövründə, istərsə də digər vaxtlarda anti-Azərbaycan mövqeyi sərgiləyiblər. Təbii ki, burada da iki məqam öz əksini tapıb. Birincisi, bunların əksər strukturlarında ya ermənilər, ya da ermənipərəstlər çalışır. Onlar erməni lobbisinin təhriki, maliyyə dəstəyi ilə Azərbaycanın imicinə xələl gətirəcək qərarlar qəbul edirlər. İkincisi, orada maraqlı şirkətlər, firmalar var ki, istər Avropa Parlamentinin rəhbərliyinə daxil olan insanlara, istərsə də digər parlament üzvlərinə himayəçilik edirlər. Onlar da güzəştli şərtlərlə Azərbaycanda hansısa biznes fəaliyyəti ilə məşğul olmaq istəyirlər. Məsələn, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç ölkəmizdə güzəştli şəkildə neft biznesi ilə məşğul olmaq istəyirdi. Amma bu alınmadı".S.Novruzov hesab edir ki, bütün hallarda Azərbaycan xalqının maraqları nəzərə alınmalıdır: "Biz Azərbaycan xalqının maraqlarının kiminsə maraqlarına qurban verə bilmərik. Sərvət xalqın sərvətidir. Ona görə də kimlərsə ölkəmizlə münasibətlərdən istifadə edib güzəşt qoparmaq istəyirsə bu, yolverilməzdir. Bu mənada Kozlariç Azərbaycandan getməsinə baxmayaraq bu günə qədər ayrı-ayrı təşkilatlarda ölkəmiz haqqında mənfi çıxışlar edir. Təbii ki, bu çıxışların heç bir əhəmiyyəti yoxdur. Çünki o siyasətdən getmiş, ABŞ-da hansısa universitetin müəllimidir. Sadəcə olaraq onlar Azərbaycanın imici haqqında mənfi rəy formalaşdırmağa çalışırlar. Bu cür insanlar, təşkilatlar mövcuddur ki, onlar seçkilər ərəfəsində fəallaşıb ortaya düşürlər. Təbii ki, burada da sapı özümüzdən olan baltalar var ki, onlar milli satqınlardır. Təəssüf ki, onlar da bu prosesə qoşulurlar. Çünki onların özləri bu bəyanatları verəndə qəbul olunmur. Hesab edirəm ki, əgər milli vətənpərvərlik, milli düşüncəsi, millətinə, xalqına, dövlətinə bağlı olan heç bir kəs bunlarla əməkdaşlıq etməməlidir. Çünki burada erməni adı, barmağı var, Azərbaycanı istəməyən və xalq-iqtidar birliyini gözü götürməyən qüvvələr var və s. Bizə təpkilər əsas bu istiqamətdə yönəlir. Artıq xalq, cəmiyyət də bunu açıq şəkildə görür".

sia.az

Digər xəbərlər