PDF Oxu

Siyasət

  • 36

"Azəriqaz"dan açıqlama: "Qışa hazırlıq gedir"

"Azəriqaz"dan açıqlama: "Qışa hazırlıq gedir"

Bu gün SOCAR-da keçirilən mətbuat konfransı keçirilib. Konfransda "Azəriqaz" İstehsalat Birliyinin rəhbəri Əkbər Hacıyev jurnalistlərin suallarını cavablandırıb. SİA-nın xəbərinə görə, Əkbər Hacıyev bildirib ki, hazırda qışla bağlı hazırlıq prosesi gedir. Qış mövsümü ilə əlaqədar proqram hazırlanır və proqrama uyğun da hazırlıq işləri aparılır.O vurğulayıb ki, şirkət hazırlıq işlərinin yüksək səviyyə aparılması üçün əlindən gələni edir: "Çalışırıq ki, köhnə və istifadəyə yararsız borular tam şəkildə təmir edilsin. Hər il bununla bağlı proqram hazırlanır. Bu il də müvafiq proqram üzrə təmir işləri aparılacaq".Onun sözlərinə görə, Abşeron rayonunda həyata keçirilən yenidənqurma işləri artıq demək olar ki, başa çatmaq üzrədir: "Hər il qışa hazırlıq işlərinə başlayarkən köhnə boruları təzələməyə və təmir etməyə çalışırıq. Ola bilsin ki, bu il xırda problemlər olsun. Lakin əlimizdən gəldiyi qədər bu problemləri aradan qaldırmağa çalışacağıq".

sia.az

Digər xəbərlər