PDF Oxu

Siyasət

  • 23

Azərbaycanın xarici işlər naziri BMT Baş Məclisinin 70-ci sessiyasında iştirak edəcək

Azərbaycanın xarici işlər naziri BMT Baş Məclisinin 70-ci sessiyasında iştirak edəcək

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Məclisinin 70-ci sessiyasında iştirak etmək məqsədilə Nyu-Yorka yola düşüb.Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT Baş Məclisinin 70-ci sessiyasının ümumi müzakirələr hissəsində çıxışı, sessiya çərçivəsində keçiriləcək toplantılarda iştirakı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

AZƏRTAC

Digər xəbərlər