PDF Oxu

Siyasət

  • 36

YAP GB-nin “Siyasi Debat” layihəsinin açılışı olub TƏDBİR

YAP GB-nin “Siyasi Debat” layihəsinin açılışı olub TƏDBİR

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyində "Siyasi Debat" layihəsinin açılışı olub.SİA-nın məlumatına görə, açılış mərasimində YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, YAP İcra katibliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Sevinc Fətəliyeva, YAP Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədri Seymur Orucov və fəal gənclər iştirak ediblər.YAP GB-nin sədri Seymur Orucov giriş nitqi ilə çıxış edərək tədbirin mahiyyətindən bəhs edib. S.Orucov qeyd edib ki, hər zaman maraqlı layihələri ilə cəmiyyətdə öncül sıralarda olan YAP Gənclər Birliyinin növbəti "Siyasi Debat" adlı layihəsində iştirak etmək üçün 370 gənc müraciət etmişdi: "Layihəyə seçim üç mərhələdən ibarət oldu. İlkin mərhələdə qeydiyyatdan keçənlərin 78 nəfəri ikinci mərhələyə keçdi. Seçimin ikinci mərhələsində isə YAP Gənclər Birliyinin koordinatorları 35 gəncə layihədə iştirak etmək üçün vəsiqə verib. Politoloqların, siyasi-ictimai xadimlərin, dövlət məmurlarının, Milli Məclisin deputatlarının iştirakı ilə keçiriləcək layihənin əsas məqsədi siyasətə marağı olan gənclərə siyasətin incəliklərini aşılamaq, onların beynəlxalq miqyasda, ölkələr arasında baş verən siyasi gedişatlara düzgün rəy verməklərini təmin etməkdir".Seymur Orucov onu da əlavə edib ki, iştirakçılarımızın hər biri ingilis və rus dillərində sərbəst danışdıqları üçün dil biliklərini nəzərə alaraq layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici təlimçilər də dəvət olunub.Daha sonra çıxış edən YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı layihə iştirakçılarına müvəffəqiyyət arzu edərək öz siyasi təcrübəsini gənclərlə bölüşüb.Mübariz Qurbanlı bildirib ki, layihənin paytaxt Bakı ilə yanaşı bölgələrdə də həyata keçirilməsi vacib amildir: "Çünki YAP Gənclər Birliyinin həyata keçirdiyi hər bir layihə ölkə gəncləri tərəfindən maraqla qarşılanır. Əminəm ki, "Siyasi debat" layihəsi də böyük maraq doğuracaq. Partiyamızın sıralarında yüksək bilik və bacarığa, intellektə sahib olan gənclər birləşib. Bu gənclər həm də, gələcəyin peşəkar siyasətçiləridir. Hazırda, dövlət idarəçiliyində gənclər daha çox irəli çəkilir. Eyni zamanda, seçkili orqanlarda da gənclər təmsil olunur. Son bələdiyyə seçkilərində, xüsusilə gənclərin təmsilçiliyi xeyli artaraq 30 faizdən çox olub. Gələcəyin siyasətçiləri üçün təbii ki, siyasi debat qaydalarını öyrənmək vacibdir. Çünki natiqlik qabiliyyəti insanların, seçicilərin diqqətini özünə cəlb etmək baxımından önəmlidir. Tarixdən də məlumdur ki, parlamentlərdə güclü natiqlik qabiliyyətinə malik insanlar insanlar arasında böyük nüfuz sahibi olublar".M.Qurbanlının fikrincə, YAP Gənclər Birliyinin "Siyasi debat" layihəsi gənclər üçün faydalı olacaq.Çıxış edən YAP İcra katibliyi beynəlxalq əlaqələr şöbəsinin müdiri, millət vəkili Sevinc Fətəliyeva gənclərə fəaliyyətlərində uğurlar arzu edib. S.Fətəliyeva qeyd edib ki, ictimai-siyasi proselərdə gənclərin mövqeyinə, aktivliyinə ehtiyac var: "Gənclər ölkənin avanqard hissəsini təşkil edir. Azərbaycan tarixinin hər bir mərhələsində aparıcı sosial-siyasi qüvvəyə çevrilən gənclər müstəqilliyin qorunub saxlanması, möhkəmləndirilməsi və dövlətçiliyin inkişaf etdirilməsi prosesində də yaxından iştirak edərək tarixi nailiyyətlər qazanıblar. Azərbaycan gənci öz həyatını qurarkən ilk öncə müstəqil Azərbaycanın bugünü və gələcəyi haqqında düşünür, öz fəaliyyətində yüksək vətəndaşlıq hisslərinə malik olduğunu nümayiş etdirir. Buna gənclərin yüksək potensialı, əldə etdikləri elmi bilikləri, güclü vətənpərvərlik hissləri tam imkan verir. Təbii ki, bu uğurların, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var".Sevinc Fətəliyeva son olaraq layihədə iştirak edən bütün gənclərə aktiv olmağı, müvəffəqiyyət arzu edib.Tədbir mövzu ətrafında diskusiyalarla davam etdirilib.Qeyd edək ki, layihədə təlim və seminarların keçirilməsi ilə yanaşı, müxtəlif siyasi oyunlar, dəyirmi masalar, beynəlxalq debat klubunun üzvləri ilə virtual olaraq online debat aparmaq imkanları olacaqdır. Layihəni uğurla başa vurmuş gənclər arasından imtahan və müsahibə yolu ilə bir qrup gənc seçiləcək ki, gələcəkdə onlar Azərbaycanı istər ölkədaxili, istərsə də beynəlxalq miqyasda debatlarda təmsil edəcəklər.

sia.az

Digər xəbərlər