PDF Oxu

Siyasət

  • 36

Suraxanıda Qurban bayramı geniş qeyd edilib

Suraxanıda Qurban bayramı geniş qeyd edilib

Müsəlman dünyasının ən əziz bayramlarından biri olan Qurban bayramı Suraxanı rayonunda da geniş qeyd edilib. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə 6 mindən artıq ailəyə, o cümlədən Qarabağ müharibəsi əlillərinə, Böyük Vətən müharibəsi iştirakçılarına, şəhid və aztəminatlı ailələrə, ahıl və tənha sakinlərə, rayonda məskunlaşmış məcburi köçkünlərin bir qisminə qurban sovqatı paylanıb.

Rayonun Hövsan, Zığ, Qaraçuxur, Əmircan, Bülbülə, Yeni Suraxanı qəsəbələrində təşkil olunmuş xeyriyyə tədbirlərində Suraxanı rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov, RİH-in məsul işçiləri, bələdiyyə sədrləri, üzvləri iştirak ediblər.

Hövsan və Yeni Suraxanı qəsəbələrində təşkil olunmuş bayram tədbirlərində iştirak edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik, saflıq və mərhəmət rəmzi olan Qurban bayramı münasibətilə rayon sakinlərini təbrik etmiş, xoş arzularını çatdırıb. Rayon rəhbəri xüsusi vurğulanıb ki, ölkəmizdə Qurban bayramı hər il dövlət səviyyəsində böyük təntənə ilə qeyd edilir.

Bayram günü Hövsan qəsəbəsində tikilmiş "Veteranlar guşəsi"nin açılışı olub. "Veteranlar guşəsi" 2015-ci il ərzində Suraxanı rayonunda həyata keçirilməsi nəzərdə tutulmuş yerli proqramların iş qrafikinə uyğun olaraq tikilmişdir. Aşılış mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov veteranları Qurban bayramı münasibətilə təbrik edib. O, veteranların istirahətinin təşkili üçün yaradılan şəraiti xüsusi vurğulayaraq, onların dövlət tərəfindən böyük diqqət və qayğı ilə əhatə olunduğunu bildirib.

Məlumat üçün bildirək ki, bu 2006-cı ildən bəri Suraxanı rayonunda tikilən sayca 6-cı guşədir. 2008-ci ildə Bülbülə qəsəbəsində, Yeni Günəşli "AB" yaşayış sahəsində, 2009-cu ildə Yeni Günəşli "Q" yaşayış sahəsində, 2010-cu ildə Əmircan qəsəbəsində və 2013-cü ildə Yeni Günəşli "Q" yaşayış sahəsində belə guşələr tikilərək veteranların istifadəsinə verilmişdir.

Həmin gün "Mövcud Şəhid Xatirə-Komplekslərinin əsaslı təmiri və yenilərinin tikintisi" Proqramına uyğun olaraq torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Cəfərov Etibar Feruz oğlunun adına Hövsan qəsəbəsində tikilmiş sayca 14-cü Şəhid Xatirə-Kompleksi rayon rəhbərliyi və müharibə veteranları tərəfindən ziyarət edilib.

Qeyd edək ki, 2006-cı ildən bu günədək 27 şəhidin xatirəsini əbədləşdirmək məqsədilə Suraxanı rayonunun qəsəbələrində 13 Şəhid Xatirə-Kompleksi tikilmişdir.

ZÜMRÜD

Digər xəbərlər