PDF Oxu

Siyasət

  • 42

Namiq Əhmədov: "Mehriban xanım Əliyeva xeyirli və gərəkli fəaliyyəti ilə Azərbaycanda özünə böyük hörmət qazandırıb"

Namiq Əhmədov: "Mehriban xanım Əliyeva xeyirli və gərəkli fəaliyyəti ilə Azərbaycanda özünə böyük hörmət qazandırıb"

Yeni Azərbaycan Partiyasının (YAP) digər rayon təşkilatlarında olduğu kimi, YAP Xəzər rayon təşkilatının Seçki Qərargahında da seçki kampaniyası istiqamətində uğurlar əldə edilməkdədir. YAP Xəzər rayon təşkilatının sədri, partiyanın Siyasi Şurasının üzvü Namiq Əhmədovun qəzetimizə verdiyi məlumata görə, Xəzər rayonunun 14 saylı Xəzər Seçki Dairəsində də seçkilərə hazırlıq prosesi yüksək əhval-ruhiyyə ilə müşahidə olunur. Belə ki, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YAP Sədrinin müavini Mehriban Əliyevanın məhz bu dairədən Azərbaycan Respublikasının Milli Məclisinə namizədliyi irəli sürülüb: "Bildiyimiz kimi, Mehriban xanım Əliyevanın Milli Məclisin deputatı olduğu dövrdə onun Xəzər rayonunun infrastrukturunun yenilənməsində, rayon sakinlərinin həyat səviyyələrinin daha da yaxşılaşdırlması istiqamətindəki səyləri daim müsbət nəticələri ilə seçilib. Bu baxımdan da rayonumuzda əldə edilən bütün dəyişikliklər yüksək səviyyədə nəzərə çarpmaqdadır. Mehriban xanım Əliyeva öz xalqının, seçicilərinin inamını və etibarını qazanan bir millət vəkili kimi Xəzər rayon sakinləri ilə daim ünsiyyətdə olur, onlara öz diqqət və qayğısını əsirgəmir. Bundan başqa Mehriban xanımın beynəlxalq müstəvidə göstərdiyi fəaliyyətini də vurğulamamaq olmaz. Çnüki Azərbaycanın tanıdılmasında, ölkəmizin beynəlxalq sferada əldə etdiyi uğurlarda Onun misilsiz xidmətləri mövcuddur. O cümlədən, Mehriban xanımın rəhbəri olduğu Heydər Əliyev Fondu tərəfindən valideyn himayəsindən məhrum olan uşaqlara da böyük qayğının göstərilməsi Onun xalq qarşısında artan rəğbətinin bariz göstəricisidir. Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi həyata keçirdiyi xeyirxahlıq missiyası ictimaiyyət, həmçinin də Xəzər rayonu sakinləri tərəfindən dəyərli bir örnək kimi qəbul olunur. Məhz bütün bunların nəticəsi olaraq, Mehriban xanım Əliyevanın növbəti dəfə Xəzər rayonundan deputatlığa namizədliyinin irəli sürülməsi rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılandı. Mehriban xanımın seçiciləri bir vətənsevər xalqın nümayəndələri olaraq Onunla fəxr edir, Onu ən yaxın insan, ən layiqli millət vəkili kimi qəbul edirlər.

YAP Siyasi Şurasının üzvü Namiq Əhmədov vurğulayıb ki, YAP-ın İcra Katibliyinin tövsiyə və tapşırıqlarını yüksək səviyyədə layiqincə yerinə yetirməyə çalışırlar. Ümumiyyətlə, artıq toplanılnmış imzalar Dairə-Seçki Komissiyasına təqdim edilib və Mehriban Əliyeva namizəd kimi qeydə alınıb. İmzatoplama prosesi zamanı şəxsən şahidi oldum ki, insanlar böyük həvəs və aktivlik nümayiş etdirməklə Mehriban xanım Əliyevanın namizədliyi üçün öz imzalarını əsirgəmirlər. İnsanların simasında bir sevinc, bir fərəh hissi var idi ki, onlar məhz Azərbaycanın birinci xanımının deputatlığa namizədliyi üçün imza atırlar. Qeyd etmək yerinə düşərdi ki, hələ ötən parlament seçkiləri ərəfəsində - 2010-cu ildə Mehriban xanım Əliyeva seçicilərin 94,19 faiz səsini toplayaraq, millət vəkili seçilmişdi. Bu isə respublika üzrə ən yüksək göstərici idi". Namiq Əhmədov son olaraq onu da bildirib ki, 14 saylı Xəzər Seçki Dairəsi üzrə seçicilərin sayı 44 min 246 nəfərdir və seçki məntəqələrinin sayına gəlincə, Şüvəlan qəsəbəsi üzrə 10, Binə qəsəbəsi üzrə 13, Türkan qəsəbəsi üzrə 5, Zirə qəsəbəsi üzrə 5, bütövlükdə 33 məntəqə mövcuddur: "İnanıram ki, Xəzər rayon seçiciləri, xüsusilə, 14 saylı Xəzər Seçki Dairəsin seçiciləri bu dəfə də öz qətiyyətli addımlarını ataraq, uğurlu seçimlərinin üzərində dayanacaqlar. Biz buna əldə etdiyimiz qələbələrimiz və zəfərlərimiz qədər əminik".

İntizarə Məmmədova

Digər xəbərlər