YAP Nəsimi rayon təşkilatının qərargahında noyabrın 1-də Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 23 saylı Nəsimi-Səbail seçki dairəsində yerləşən məntəqələr üzrə təyin olunmuş müşahidəçi və məşvərətçi səs hüquqlu şəxslərlə görüş keçirildi.
Görüşdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı ölkəmizin cari ilin noyabr ayında Milli Məclisə keçiriləcək növbəti seçkilər ərəfəsində oluğunu bildirdi. Ölkəmizdə keçirilən bütün seçkilərin demokratik standartlar əsasında baş tutduğunu bildirən rayon təşkilatının sədri növbəti parlament seçkilərinin də bu dəyərlər əsasında reallaşacağını qeyd etdi.
O, YAP Nəsimi rayon təşkilatının üzvlərinin mütləq əksəriyyətinin böyük seçki təcrübəsinə malik olduqlarını vurğulayaraq qarşıdan gələn parlament seçkilərində də onların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə əminliyini bildirdi. Məlahət xanım bütün seçkilərdə - prezident, parlament, bələdiyyə seçkilərində qələbələrimizin əldə olunmasında partiya üzvlərinin fədakarlığının, əzmkarlığının mühüm rol oynadığını qeyd edərək məntəqələr üzrə təyin olunmuş müşahidəçi və məşvərətçi səs hüquqlu şəxslərə öz tövsiyələrini də verdi. Qeyd etdi ki, məşvərətçi və müşahidəçilər öz hüquqlarından istifadə edərək seçkilərin şəffaf və ədalətli keçirilməsində üzərilərinə düşən vəzifəni layiqincə yerinə yetirməlidirlər. Seçki günü bütün məşvərətçi və müşahidəsilərin məntəqələrdə olaraq seçkinin gedişatını diqqətlə izləyərək, hansısa xoşagəlməz hal müşahidə edilərsə, qeydiyyat götürmələrini tövsiyə etdi. Parlament seçkilərinin demokratik prinsiplər əsasında keçirilməsində onların da hər birinin prinsipiallığının şərtləndirici amillərdən olduğunu vurğuladı.
M.İbrahimqızı məntəqələr üzrə təyin olunmuş müşahidəçi və məşvərətçi səs hüquqlu şəxslərə öz vəzifələri ətrafında məlumat verərək hər birinə uğurlar arzuladı.
Görüş diskussiya şəklində davam etdirildi. Müşahidəçi və məşvərətçilərin hüquq və vəzifələrinə uyğun verilən suallar cavablandırıldı.
Nəzakət ƏLƏDDİNQIZI