PDF Oxu

Siyasət

  • 42

Müsvatçı namizədlər saxta çıxdı

Müsvatçı namizədlər saxta çıxdı

KÖŞƏ YAZISI

Müsavat partiyasının ötən ilin, sentyabrında baş tutmuş qurultayında keçirilən saxta başqan seçkiləri, artıq necə deyərlər, bu partiyanın saxtakarlıq damarının ta kökünə qədər işləyib. Hətta Arif Hacılının saxta başqan olması indi də parlament seçkiləri ərəfəsində həmin seçkilərdə iştirak etmək istəyən müsavatçı namizədlərə də sirayət edib. Məsələn, bəlli olub ki, Müsavat partiyasından Milli Məclisə noyabrın 1-nə təyin edilmiş seçkilərə namizəd olan Arzu Səmədbəylinin namizədliyinin qeydə alınması üçün təqdim etdiyi imzaların 117-si etibarsızıymış. Yəni axtarsan, görərsən ki, həmin o 117 nəfərin ya adı heç bir dəftərdə yoxdur, ya da artıq o dünyaya köçənlərin də imzaları sözügedən imza vərəqəsinin içindən çıxıb. Vallah, deyəndə ki, bu Arif Hacılının komandasından hər nə desən çıxar. Ona nə var ki? Partiyasının qurultayında saxta yolla başqan seçilən adam, seçkilərə də saxta yollarla gedə bilər. Özü getməsə də, uzağı bir nəfərini oraya dürtüşdürə bilər. Bu dəfə həmin dürtüşdürülmə siyasəti Arzu bəyin başında çatlayıb.

Saxta başqanın saxta oyunbazlığının qurbanları

Beləliklə də, bəlli olub ki, Arzu Səmədbəyli namizədliyinin qeydə alınması üçün 547 imza təqdim edib. Lakin onun təqdim etdiyi imzalardan 117-si etibarsız hesab edilib. Yerdə qalan 430 imza isə namizədliyin qeydə alınması üçün kifayət deyil. Nəticədə, MSK Arzu Səmədbəylinin namizədliyini qeydə almaqdan imtina ilə bağlı qərarını qüvvədə saxlayıb.

Ancaq bu, hələ harasıdır ki? Saxta başqanın saxta oyunbazlığının daha bir qurbanı Müsavat partiyasının divan üzvü Vəfa Abbasovadır (Cümşüdlü). Demək, araşdırma nəticəsində bu müsavatçının da təqdim etdiyi 550 imzadan 133-ü etibarsız hesab edilib, üstəlik, onun da 44 saylı Sumqayıt namizədliyini qeydə almaqdan imtina ilə bağlı qərarı qüvvədə saxlanılıb.

İndi görün, bir partiyanın başqanı saxtakarlıq xəstəliyinə nə qədər aludə olubdur ki, onun həmin xəstəliyinin üzündə iki nəfər adamı parlament seçkilərində iştirak etməkdən, demək olar ki, məhrum olublar. Əcəba, olmazmıydı ki, Arif Hacılı normal, düzənli yolla öz partiyadaşlarının imzalarını toplamağa şərait yaradardı, imkan verərdi ki, ölülərdən deyil, dirilərdən imza alıb, öz seçiciləri qarşısına çıxsınlar? Olmazmıydı ki, Müsavat rəhbərliyi heç olmasa bir dəfə də normal məntiqdən çıxış edib, saxtakarlıq əməllərindən üz döndərəydilər? Olardı, əlbəttə ki, olardı!

İndi də nəticəsini dadırlar...

Sadəcə, bu bir xəstəlikdir ki, bulaşıb müsavatçıların canına. Harada gəldi, necə gəldi saxtakarlıqlar edirlər.

Sonra da düşürlər xarici səfirliklərin qapılarına ki, bəs gördünüz, bizim namizədlirimizi qeydiyyata almır hökumət! Ya da hakimiyyət müsavatçıların namizədliklərinin qeydiyyata alınmaması üçün guya müxtəlif yollara əl atırmış (?!). Ancaq nə olardı ki, bir dəfə də durub düzünü etiraf edərdilər ki, onların xəmirləri məhz saxtakarlıq etməklə yoğrulub. İndi də nəticəsini dadırlar...

RƏFİQƏ

Digər xəbərlər