"İrəliləyiş əldə olunmuşdur"
Bəllidir ki, bu ilin noyabrında keçiriləcək parlament seçkilərinə hazırlıq prosesi yekunlaşmaq üzrədir və namizədlərin siyahıya alınması poseduru da tam şəffaf və demokratik şəraitdə reallaşdırılmaqda davam edir. O cümlədən, parlament seçkiləri ərəfəsində bir çox xarici qurumlar da öz missiyalarını başlatmaq üzrədirlər. Belə ki, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının seçkiqabağı nümayəndə heyətinin bəyanatında da bu amilə toxululub və qeyd edilib ki, AŞPA seçkiqabağı nümayəndə heyəti Azərbaycan rəhbərliyinin açıqlığını və qarşıdan gələn parlament seçkilərini müşahidə etmək üçün çoxlu sayda beynəlxalq təşkilatlara dəvət göndərilməsini alqışlayır. Sitat: "Beş il əvvəlki parlament seçkilərindən sonra irəliləyiş əldə olunmuşdur. AŞPA missiyası Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən parlament seçkilərinə hazırlığın müxtəlif mərhələləri barədə məlumatlandırılmışdır." Bəyanatda o da vurğulanır ki, parlamentə daxil olmayan müxalif partiya nümayəndələri, bütün namizədlər üçün bərabər şəraitin yaradılması, sərbəst şəkildə imzaların toplanması imkanının təmin edilməsi vacibdir. Bu amil isə həm də onu göstərir ki, ölkəmizin seçki mühitində heç bir siyasi mənsubiyyətindən asılı olmayaraq, siyasi baxışları müxtəlif olan insanlar da demokratik və şəffaf seçkilərin keçirilməsinə inanırlar. Bu baxımdan da seçkilərdə iştirak etmək üçün öz namizədliklərini irəli sürməkdədirlər. Həmçinin, istər iqtidar, istərsə də müxalifətdən olan namizədlər seçkilərə öz güclərinə əmin olduqlarına görə gedirlər.
Müxalifət partiyasının sədri: "Bu günə qədər seçki prosesinin gedişinə müdaxilə görməmişəm"
Məsələn, müxalifət düşərgəsinin aparcı partiyalarından biri olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bir sıra Qərb siyasi dariələrinin qərəzli iddidlarına cavab olaraq, onları yalanlayan çıxış edib: " Mən partiya sədri, "Azadlıq -2015" blokunun həmsədrlər şurasının üzvü olaraq bu günə qədər seçki prosesinin gedişinə ciddi müdaxilə görməmişəm. Bəzi hallarda yaranan problemlər Mərkəzi Seçki Komissiyasının müdaxiləsi ilə aradan qaldırılır."
Məhz bu amil anti-Azərbaycan xarakterli qərəzli qüvvələrin ayaq açıb-yeriməsinə imkan verməməklə yanaşı, həm də ölkəmizin seçki mühitinin, əslində Qərb ölkələri üçün bir örnək olmasını şətrləndirir. Daha dəqiq desək, Azərbaycanı ittiham edənlər, əslində bu faktlar qarşısında aciz qalmaqdadırlar.
AŞPA nümayəndə heyətinin üzvü: "Anti-Azərbaycan qüvvələr hər vəchlə AŞPA-nın Azərbaycanda seçkiləri müşahidə etməsinin qarşısını almağa çalışırlar"
Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanov da bununla bağlı qeyd edib ki, əslində AŞPA-nın seçkiləri müşahidə etməsi tək Azərbaycan üçün deyil, bu qurumun özü üçün də önəmlidir. Sitat: "Anti-Azərbaycan qüvvələr hər vəchlə AŞPA-nın Azərbaycanda seçkiləri müşahidə etməsinin qarşısını almağa çalışırlar. Bəzi xarici dairələrin anti-Azərbaycan isterikası hədsiz dərəcədə güclənib və müəyyən qüvvələr seçkilərdən öz məkrli məqsədləri üçün istifadə etməyə çalışırlar."
Göründüyü kimi, əslində faktlar da onu göstərir ki, AŞPA-nın seçkiləri müşahidə etməsi barədə verdiyi qərar ümumi olaraq Qərbin qərəzli mövqdə olmamasını göstərir. Daha dəqiq desək, hazırda AŞPA-nın sözügedən missiyaya – seçkiklərə müşahidəçi göndərməsi, eyni zamanda ATƏT PA-nın qərəzli mövqeyini yalanlayır və əsl həqiqəti sübuta yetirir.
Rövşən NURƏDDİNOĞLU