PDF Oxu

Siyasət

  • 33

Rusiya Ermənistandan imtina edir

Rusiya Ermənistandan imtina edir

Elşad Mirbəşiroğlu: "Rusiya Ermənistanı özünün forpostuna çevirib"

Ermənistanın işğalçılıq siyasəti və bu siyasətin davam olaraq status-kvonun saxlanılmasına cəhdlər göstərməsi demokratik düşüncəli dünya xalqları tərəfindən kəskin şəkildə pislənilməkdədir. Ayrı-ayrı siyasətçilər və politoloqlar Ermənistanın işğalçılıq siyasətinin arxasında Rusiyanın dayandığını qeyd edirlər. Rusiyalı politoloq Aleksey Kilmin bildirib ki, Rusiyanın hərbi, siyasi dəstəyi olmasa idi, Ermənistan Azərbaycan torpaqlarını işğal edə bilməzdi.

Politoloq Elşad Mirbəşiroğlu "Səs" qəzetinə açıqlamasında bildirdi ki, rusiyalı politoloqun dediyində bir həqiqət var ki, hər zaman Ermənistan kənardan dəstək hesabına bu və ya digər addımlarını atıb. Hazırda da öz mövcudluğunu saxlamaqdadır: "Burada təkcə Rusiyanın adını çəkməklə kifayətlənmək düzgün olmaz. Konkret olaraq ad çəkmək istəmirəm, amma Ermənistanın işğalçılıq siyasətinə dəstək verən qüvvələr var. İşğalçı Ermənistan ianələr hesabına mövcud olan bir dövlətdir. Bu baxımdan, Rusiyanın da kifayət qədər Ermənistana dəstəyi var. Bildiyiniz kimi, işğalçı ölkənin ərazisində Rusiyanın hərbi bazası var".

Politoloqun sözlərinə görə, Rusiya Ermənistanı özünün forpostuna çevirib: "Ermənistanın işğalçılıq siyasətində İsrailin maraqlı olması barədə politoloq Aleksey Kilminin gəldiyi qənaət subyektiv fikirdir. Burada konkret olaraq müəyyən bir hədəfi vurma nəzərdə tutub. Çünki bu gün hər kəs çox gözəl bilir ki, İsraillə Azərbaycan arasında kifayət qədər isti münasibətlər mövcuddur. Çox güman ki, burada ola bilsin ki, onların bu cür addımlar atmaqla nə isə bir gərginlik yaratmaq istəyirlər. Bu baxımdan da, səslənən bu fikrin hər hansı bir siyasi çəkisi yoxdur. Bütün günahlar işğalçı ölkə olan Ermənistanın üzərindədir. Çünki Ermənistan işğalçı bir dövlətdir".

E.Mirbəşiroğlu onu da bildirdi ki, hər zaman Ermənistan regionda gərginlik yaratmağa cəhdlər göstərib: "Bunun da səbəbi himayədar qüvvələrin Ermənistana dəstəyini davam etdirməsidir. Ermənistana iqtisadi-siyasi sanksiyalar tətbiq olunmalıdır. Bəlkə bu halda işğalçılıq siyasətindən əl çəkə".

GÜLYANƏ

Digər xəbərlər