PDF Oxu

Siyasət

  • 25

Obama Avropanın "qəbrini qazır"...

Obama Avropanın "qəbrini qazır"...

Köşə

Açıq-aydın bu belədir. Rəsmi Vaşinqtonun son bir neçə ildəki bütün addımları, onun hegemonluğundan bezib, müstəqil siyasət yertiməyə çalışan Avropa ölkələrini vahimə altına salmaq və ciddi şəkildə onları çökdürməyə hesablanıb. Amerika siyasətinin baş aktyoru olan qaradərili B.Obama bunu nə qədər ört-basdır etməyə, avropalıları "rus çəkməsi" ilə qorxutmağa çalışsa da, hər halda avropa qitəsində də çörəyi "qulağına yemirlər".

Hər kəs gözəl anlayır ki, indi keçən əsrin 70-ci illəri olmasa da, Ağ Ev dünya siyasətini "soyuq müharibə" dövrünə qaytarmağa çalışır. Düzdür, "soyuq müharibə" deyimindən fərqli olaraq, Şərqdə isti müsəlman qanları axmaqda davam edir. Yəni məsələ təkcə "soyuq müharibə" ilə məhdudlaşmır axı. Tökülən müsəlman qanı, məsələnin içindəki qaranlıq mətləbləri də ortaya çıxarır. Amma məsələ həm də Vaşinqtonun gizli məqəsədlərində axtarılmalıdır. Belə görünür ki, əlində bayraq edib, dünya ölkələrini silib-süpürən, insanlara fəlakət gətirən "demokratiya" şüarının artıq aktuallığını itirdiyini anlayan rəsmi Vaşinqton, Avropa üzərində öz hegemonluğunu saxlamaq üçün indi də xarabalığa çevirdiyi müsəlman ölkələrindən yüz minlərlə qaçqını qoca qitəyə "sırımağa" çalışır.

Sadə bir detalı deyək. Okeanın o tayından dəstəklənən PKK, İŞID, başqa başqa terror təşkilatları bölgəni qan gölünə çevirməklə, sadə bir şəkildə ABŞ-ın strateji planları üçün şərait yaradırlar. Bələkdəki körpəyə də məlumdur ki, yüzlərlə təzə CİP, TOYOTA markalı avtomobilləri döyüşdə tank əvəzinə işlədən bu terror təşkilatları Amerikadan dəstəklənməsələr, bölgədə heç ayaqlayın belə gəzə bilməzlər. Hələ o ki qalsın bölgədəki neft ehtiyatlarını satıb milyonlar qazanmaq, özlərinin nəhəng biznes şəbəkəsini qurmaq, güclü dövlətlərə meydan oxumaq. B.Obama BMT tribunasından İŞID-a qarşı mübarizədən danışanda, kim bilir dünyada bu səhnəni seyr edən neçə milyon insanın üzündə acı təbəssüm və istehza tablosu peyda olub.

Nüvə silahı bəhanəsi və iraqlılara "demokratiya" gətirəcəyi ilə bağlı aldadıcı vədlərlə İraqa girib bu qədim ölkəni xarabazarlığa qoyan, iraqlıları itlərə yedirən Amerika dövlətinin prezidenti, özü də hiss etmədən artıq gülünc vəziyyətlərə qalmağa başlayıb. Axı hər kəs hər şeyi əla görür Obamacıyım...

Rəsmi Vaşinqton, həm də on minlərlə müsəlman qaçqınını iqtisadi iflasdan yenicə çıxan Avropaya ötürməklə, əslində müsəlmanlarla Avropa arasında dərin uçuruma və nifrətə də "xeyir dua" vermiş olur. Həm Avropanı Şərqin, xüsusi ilə müsəlmanların gözündə iyrənc qitə kimi təqdim edir, həm də onun başını bu cür ciddi miqrasiya problemləri ilə, gərgin sosial partlayışlarla qarışdıraraq, əslində Avropanın amerikasız müstəqil siyasət barədə düşünməsini "tarixin məzarlığına" ötürmək istəyir. Çünki Vaşinqtonda əla anlayırlar ki, bu gün Avropanın başına gələnlərin bütün baiskarı, yaxın Şərqi və müsəlman dövlətlərini xarabazarlığa çevirən Ağ Evdir. O Ağ Ev ki, orada günün günorta çağı qaradərili vətəndaşı durduğu yerdə amerika polisi quduz it kimi güllələyib öldürür. Yalan deyirəm?,-qətiyyən!.

Mətləb

Digər xəbərlər