PDF Oxu

Siyasət

  • 23

“Kütləvi aksiyalar özünü doğrultmayan mübarizə taktikasıdır" AÇIQLAMA

“Kütləvi aksiyalar özünü doğrultmayan mübarizə taktikasıdır" AÇIQLAMA

"Sözün doğrusu mən hələ bilmirəm ki, Azərbaycanda indiki şəraitdə mitinqlərin, kütləvi aksiyaların keçirilməsinin səmərəsiz bir siyasi mübarizə üsulu olduğunu bilmək, təsdiqləmək üçün daha nələr baş verməlidir. Apardığım təhlillərə görə son 10 ildə kütləvi aksiyalar taktikası getdikcə daha çox sönməyə və özünü doğrultmayan bir siyasi mübarizə taktikasına çevrilməkdədir". Bunu SİA-ya "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev "Milli Şura"nın planlaşdırdığı növbəti mitinqə münasibət bildirərkən deyib.Baş redaktorun sözlərinə görə, bu siyasi qüvvələrin özləri düşünməlidirlər ki, kütləvi aksiyalar bir taktika kimi özünü doğrultmursa, bundan imtina edilməlidir: "Ona görə də heç bir perspektivi, siyasi nəticəsi olmayacaq kütləvi aksiyaların missiyasi üzərində düşünməyə, "baş sındırmağa" da dəyməz. Əgər bu aksiyalar özünü doğrultmursa, zəifləyirsə axı onun hansı missiyası ola bilər. Bu bir faktdır ki, Azərbaycanda kütləvi aksiyalar özünün təsirini getdikcə daha böyük sürətlə itirməkdədir".

siaşaz

Digər xəbərlər