PDF Oxu

Siyasət

  • 34

Səxavət Əlisoy: “Müxalifət siyasi arenadan getməlidir" ”AÇIQLAMA

Səxavət Əlisoy: “Müxalifət siyasi arenadan getməlidir" ”AÇIQLAMA

"Bu gün nəinki Eldəniz Quliyev və Razi Nurullayev arasında qalmaqal yaşanıb, eləcə də Azərbaycan müxalifəti üçün xeyli sayda misal göstərmək olar ki, orada belə hallar yaşanır. Bu onu göstərir ki, artıq insanlar qırmızı xətti tanımadan bir-birilərini təhqir edirlər. Mən bunu məqbul saymıram". Bunu SİA-ya Azərbaycan Demokratiya və Rifah hərəkatının (ADR) İdarə heyətinin üzvü Səxavət Əlisoy Eldəniz Quliyevlə Razi Nurullayev arasında yaranan qalmaqala münasibət bildirərkən deyib.ADR İdarə heyətinin üzvünün sözlərinə görə, özünü siyasətçi adlandıran şəxslər bir-birinə qarşı belə münasibət sərgiləməməlidirlər: "Şəxsiyyəti aşağılamaq, insanlara qara yaxmaq Azərbaycan müxalifətində ənənəvi hala çevrilib. Mən bunu qətiyyətlə pisləyirəm. Hesab edirəm ki, bu müxalifət siyasi arenadan getməlidir. Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) ətrafında yaranan ziddiyyətlər də mənim irəli sürdüyüm iddianın nə qədər əsaslı olduğunu ortaya qoyur"."Milli Şura"nın növbəti dəfə planlaşdırdığı aksiyaya da münasibət bildirən S.Əlisoy deyib ki, bu gün Azərbaycanın siyasi səhnəsində boşluq mövcuddur: "Müsavat Partiyası parçalandıqdan sonra Azərbaycanda "ana müxalifət" olduğunu sübut etmək istəyən bəzi qüvvələr var. Təəssüf edirəm ki, müxalifət daxilində baş verən proseslər müxalifətin hər hansı atdığı addımı kölgəyə salır. Nə qədər ki, müxalifətdə bəzi qüvvələr siyasətdən çəkilməyib, qarmaqarışıq proses də davam edəcək. "Milli Şura"nın və yaxud Müsavat Partiyasının keçirdiyi mitinqlərdə uzağı 1000 nəfərin iştirakının nəyi sübut etdiyini isbatlamağa ehtiyac yoxdur. Bu cür mitinqləri etməkdənsə, etməmək daha yaxşıdır".

siaşaz

Digər xəbərlər