PDF Oxu

Siyasət

  • 18

Politoloq: "Putin dünyanın siyasi arxitekturasını öz xeyrinə dəyişə bildi"

Politoloq: "Putin dünyanın siyasi arxitekturasını öz xeyrinə dəyişə bildi"

"Dünya müharibə dövrünə qədəm qoyub. Bir tərəfdən Rusiya Suriyaya, Türkiyə İraqa ordusunu daxil edib, Səudiyyə Ərəbistanının on minlik ordusu Yəmənin daxilindədir. Digər bir tərəfdən də Ukrayna NATO ordusunu hər an öz daxilinə qəbul etməyə hazırdır ki, Rusiyaya qarşı müharibə aparsın. Bütün hallarda bu müharibələrin məqsəd və intensivlikləri müxtəlif olsa da, tarixin heç bir zamanında bir ay ərzində 3 dövlət digər 3 dövlətin ərazisinə qoşun yeritməyib". SİA-nın məlumatına görə, bu fikirləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.Politoloq qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin dünyanın siyasi arxitekturasını öz xeyrinə dəyişə bildi: "Ukrayna məsələsini öz istədiyi kimi həll etdikdən sonra Suriya məsələsinin həllinə başladı. ABŞ-ın hesablamalarına görə, həm Suriya, həm də Ukraynanı Rusiyanın əlindən ala biləcək. Reallıqda o zaman nə Suriya, nə də Ukrayna indiki qədər Rusiyanın təsiri altında deyildilər. ABŞ-ın hər iki dövlət üzrə siyasəti iflasa uğradı. Ukrayna Krımsızdır, Donbas bufer zonaya çevriləcək. Bu isə V.Putinin Ukrayna üzrə modelidir, hadisələrin digər ssenarisi yoxdur. Suriyada iki il bundan öncəyədək cəmi 4 rus hərbçisi var idi. İndi ABŞ hesab edir ki, Suriyadakı Rusiya hərbçilərinin sayı 1700 nəfərdir. Rusiya prezidenti V.Putin Federasiya Şurasına müraciət edərək Suriyaya ordu yeritməyə icazə aldı. ABŞ-ın Rusiyadakı səfirinin rəsmi Moskvanın Suriyaya qoşun yeritməsini B.Obama ilə V.Putin arasında razılaşmanın nəticəsi kimi təqdim etməsi təbliğatdan başqa bir şey deyil. Belə ki, BMT-nin Baş Assambleyasında hətta V.Putinin çıxışı və B.Obama ilə görüşündən sonra belə ABŞ-ın Suriya ilə bağlı mövqeyi dəyişməmişdi".M.Əhmədoğlu onu da qeyd edib ki, ABŞ Rusiyanın Suriyaya aviasiya və hərbi texnika göndərməsindən narazı idi: "ABŞ dövlət katibi C.Kerri və digər rəsmilər tərəfindən bu fikir tez-tez təkrarlanırdı. BMT-nin Baş Assambleyası müstəvisində B.Obama ilə V.Putin arasındakı görüşdən sonra ABŞ və Rusiya tərəfdən yayılan məlumatlarda Suriya məsələsi üzrə razılaşmanın olunmadığı bildirilirdi. B.Obamanın BMT Baş Assambleyasındakı çıxışı da Suriya ilə bağlı ABŞ-ın bəlli mövqeyinin müdafiəsi üzərində qurulmuşdu. ABŞ Suriya prezidenti Bəşər Əsədin devrilməsini ilkin məsələ hesab edirdi. B.Obamanın fikrincə, ABŞ-ın fikirləri bütün demokratik düşərgənin fikirləridir. ABŞ-ın Bəşər Əsədə qarşı mövqeyinin dəyişməməsi təkzib olunmaz idi. Hətta ABŞ-ın bəzi müttəfiqləri Bəşər Əsədlə müəyyən şərtlər daxilində dialoqu mümkün hesab etsə də, Vaşinqton bunu qəbul etmirdi".Politoloq onu da əlavə edib ki, Suriyada Rusiya qoşunları, xüsusilə, Hərbi-Kosmik Qüvvələri fəaliyyətə başladı: "İslam Dövləti adlanan qurumun bazalarına dağıdıcı zərbələr endirdi. Suriyada Rusiya HKQ-nin fəaliyyəti Qərbdə birmənalı qarşılanmır. Guya, İslam Dövləti əvəzinə mülki əhali atəşə tutulur. ABŞ-ın Rusiyanın Suriyadakı hərbi əməliyyatlarına münasibəti zidiyyətlidir. BMT Baş Assambleyasında B.Obama və V.Putin Suriya məsələləri üzrə razılığa gələ bilmədilər. HKQ-nin əməliyyatları başlayan kimi ABŞ-ın Rusiyadakı səfirliyi V.Putinin bu addımını B.Obama ilə razılaşdırması barədə məlumat yaydı. ABŞ və Rusiya hərbçilərinin Suriyadakı fəaliyyətinin koordinasiyası da zidiyyətlidir. İlk yayılan məlumatda Suriyanın ABŞ-ı alçaldıcı məlumat yaymaqda ittiham etdilər. Guya Rusiya diplomatları Bağdadda ABŞ diplomatlarına bildiriblər ki, Suriyada Rusiya təyyarələri fəaliyyətə başlayır, ABŞ təyyarələri Suriyadan qaçsınlar. Sonradan Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri D.Peskov bunu təkzib etdi. C.Kerri və B.Obama Suriya məsələsində Rusiya ilə əməkdaşlıq edəcəyini bildirsələr də, az keçmiş fikirlərindən vaz keçdilər".

sia.az

Digər xəbərlər