"Görəsən, insan haqlarını qorumağı özünə peşə seçən bu saysız-hesabsız beynəlxalq və digər qurumlar və şəxslər niyə susurlar?" SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "Twitter" səhifəsində yazıb."Bəzən bir adam haqqında dünyaya aylarla bəyanatlar yayırlar, təbliğat aparırlar. Amma müharibə qurbanları olan yüz minlərlə qaçqının taleyi ilə bağlı bir söz də demirlər"- deyə, PA rəsmisi qeyd edib.
sia.az