PDF Oxu

Siyasət

  • 20

YAP Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsi parlament sekçilərinə hazırlıqla bağlı tədbir keçirib

YAP Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsi parlament sekçilərinə hazırlıqla bağlı tədbir keçirib

Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Samux rayon şöbəsinin üzvlərinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar toplantısı keçirib. Toplantıda Yeni Azərbaycan Partiyası (YAP) Samux rayon təşkilatının sədri Gündüz Bayramov sentyabrın əvvəlində seçki kampaniyasına rəsmi şəkildə start verildiyini qeyd edərək, seçkilərə daha fəal hazırlaşdığını diqqətə çatdırıb: "Seçkilərlə bağlı partiyanın fəalları, həmçinin seçki təcrübəsi olan insanlar hazırlıq işlərində daha məsuliyyətlə fəaliyyət göstəriblər. Ölkəmizdə mövcud olan siyasi ab-hava, Prezident İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik, əmin-amanlıq partiyamızın qələbəsini şərtləndirən əsas amillərdir. Əlbəttə ki, ötən seçkilərdən keçən müddətlə indiki vəziyyəti müqayisə etsək, görərik ki, Azərbaycanda möhtəşəm inkişaf baş verib, insanların həyatı müsbət mənada əhəmiyyətli dərəcədə dəyişib, bütövlükdə ölkəmiz yeniləşib, müasirləşib. Təbii ki, bu müsbət dəyişikliklər qarşıdan gələn parlament seçkilərində YAP-ın parlaq qələbə qazanmasında mühüm rol oynayacaq".

Təşkilat sədri onu da vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət əsasında Prezident İlham Əliyev ötən illər ərzində ölkəmizin iqtisadiyyatını əhəmiyyətli dərəcədə inkişaf etdirə bilib: "Gündən-günə Azərbaycanın imici daha da zənginləşir, müasir dövrün tələblərinə uyğunlaşır və beləliklə də gözlərimizin önündə modernləşən, müasir dünya birliyinin layiqli üzvünə çevrilmiş Azərbaycan formalaşıb. Bütün bunlar Azərbaycanın bugünkü reallığı və siyasi həyatının gerçəkliyi olaraq vətəndaşlarımız tərəfindən yüksək qiymətləndirilir. Eyni zamanda, vətəndaşlar indiki reallıqları Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Ulu Öndər Heydər Əliyev siyasətinin bilavasitə nəticəsi kimi qəbul edirlər. Biz də növbəti parlament seçkilərinə gedərkən, hesab edirik ki, Azərbaycan vətəndaşları onların həyatında, bütövlükdə, ölkəmizdə baş verən müsbət proseslərə istinad edərək YAP-ın irəli sürdüyü namizədləri dəstəkləyəcəklər. Çünki hər bir vətəndaş aydın şəkildə dərk edir ki, YAP-ın hakimiyyətdə olması, seçkilərdə uğur qazanması növbəti illər ərzində Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycanın uğurla irəliyə getməsinin əsas şərtidir".

Tədbirdə çıxış edən qərargah üzvləri seçkilərə hazırlıqla bağlı gördükləri işlər haqqında məlumatlar verərək, seçkilərə hazırlıqla bağlı növbəti mərhələdə də daha fəal olacaqlarını bildiriblər.

Ü.ƏSGƏROV

Digər xəbərlər