PDF Oxu

Siyasət

  • 33

Zaqatalanın seçki məntəqələrində seçkilərə hazırlıq işləri uğurla aparılır

Zaqatalanın seçki məntəqələrində seçkilərə hazırlıq işləri uğurla aparılır

Zaqatala rayonunda fəaliyyət göstərən 110 və 111 saylı seçki dairələrində Milli Məclisinə seçkilərə hazırlıq işləri Mərkəzi Seçki Komissiyasının (MSK) təsdiq etdiyi təqvim-plana uyğun davam etdirilir.110 saylı Zaqatala seçki dairəsinin dairə seçki komissiyasının (DSK) sədri Fikrət MustafayevAZƏRTAC-a bildirib ki, dairənin tərkibinə daxil olan 47 seçki məntəqəsi üzrə 46 min 107 seçici qeydə alınıb. Onlardan 701 nəfəri bu seçkilərdə ilk dəfə səs verəcək. Seçicilərin 905 nəfəri 80-100 yaş arasında, 7 seçicinin yaşı isə 100-dən yuxarıdır. Seçicilərin 23 min 165-ini qadınlar təşkil edir.DSK sədri deyib ki, seçkilərə hazırlıqla əlaqədar bütün seçki məntəqələrində cari təmir işləri aparılıb, məntəqələr yeni ofis mebeli və avadanlıqla təchiz edilib. Dairə və məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlığının yüksəldilməsi üçün maarifləndirici seminarlar təşkil olunub. Komissiya üzvləri seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslarda iştirak ediblər.111 saylı Zaqatala-Balakən seçki dairəsində də seçkilərə hazırlıq işləri seçki qanunvericiliyinin tələblərinə uyğun həyata keçirilir.DSK sədri Zöhrab İsmayılovun verdiyi məlumata görə, dairənin tərkibinə daxil olan 44 seçki məntəqəsinin 29-u Zaqatalada, 15-i isə Balakən rayonunda yerləşir. Dəqiqləşdirilmiş son seçici siyahılarına görə, dairə üzrə 45 min 979 seçici qeydə alınıb. Onlardan 361-i noyabrın 1-də ilk dəfə səs verəcək.Hazırda seçki dairəsində müşahidəçilərin qeydə alınması prosesi davam edir. İndiyədək 44 müşahidəçi qeydiyyatdan keçib. Oktyabrın 9-dan etibarən isə namizədlərin seçkiqabağı təşviqat kampaniyası başlanacaq. Bu məqsədlə hər iki rayonun ərazisində müvafiq yerlər ayrılıb.

AZƏRTAC

Digər xəbərlər