PDF Oxu

Siyasət

  • 22

"Bu, ABŞ-ın münaqişənin həllində siyasi mövqeyinin olmamasını göstərir" AÇIQLAMA

"Bu, ABŞ-ın münaqişənin həllində siyasi mövqeyinin olmamasını göstərir" AÇIQLAMA

"ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin üzvləri Ed Roys və Eliot Engelin Dağlıq Qarabağda təmas xəttində atəşkəsin pozulması hallarının dayandırılması ilə bağlı müraciəti ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində siyasi mövqeyinin olmamasına dəlalət edir". Bunu SİA-ya Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin Sədri Hatəm Cabbarlı deyib."Bu ifadəni işlədən şəxslər görəsən, DQ-nın təhlükəsizliyinin və statusunun təmin edilməsi üçün imza kampaniyası dedikdə nəyə xüsusi diqqəti çəkir. Hər şeydən əvvəl Dağlıq Qarabağ problemi hər hansı bir imzatoplama kampaniyası nəticəsində ortaya çıxmayıb. Azərbaycan torpaqları imzatoplama nəticəsində Ermənistan tərəfindən işğal olunmayıb. Bununla belə, probemin həlli üçün də imztoplamaq siyasi dünyagörüşün olduqca dar çərçivədə qaldığını göstərən bir xüsusiyyətdir. ABŞ bu cür məntiqsiz, bir-biri ilə ötüşməyən fikirlər səsləndirməklə beynəlxalq ictimai rəyi problemin mahiyyətindən uzaqlaşdırmağa cəhdi göstərir"- deyə. H. Cabbarlı qeyd edib.

sia.az

Digər xəbərlər