"Rusiya Suriyaya Xəzər dənizindən endirdiyi raket zərbələri ilə təkcə istənilən hədəfi istənilən yerdən vura bildiyini sərgiləmir. Bu "istənilən yer" Ağ dənizi demirəm, Qara dəniz də ola bilərdi, lap Baltik dənizi də". SİA-nın məlumatına görə, bu barədə millət vəkili Sahib Aliyev öz "facebook" səhifəsində xəbər paylaşıb.Onun sözlərinə görə, heç kim sirr deyil ki, Rusiyaın hələ 1957-ci ildən qitələrarası ballistik raketləri var: "İran belə indi 4 min, 4 min beş yüz kilometr uzaqlıdakı hədəfi vura biləcək raketlər istehsal edir. Bir sözlə, Suriyadakı hədəflərə zərbə müstəvisi kimi Xəzərin seçilməsinin arxasında başqa niyyət gizlənir. Moskva bununla demək istəyir ki, onun potensialı Xəzər hövzəsində təkcə dominant yox, həm də hegemon güc olmağa yetir. Qərbdəkilər bu reallığı görməli, ona da uyğun hərəkət etməlidirlər. Anlamalıdırlar ki, Xəzər onlar üçün nə dərəcədə qiymətlidirsə, Suriya da Rusiya üçün bir o qədər əhəmiyyətlidir. Rusiya Suriyadan çıxmalı olsa, qərbdəkilərin Xəzərdəki layihələri təhlükə altında qala bilər. Xəzərdən Suriyanı vuran Rusiyanın qərbə demək istədikləri bunlardır".
sia.az