Milli Məclisin deputatı Qüdrət Həsənquliyev NATO Parlament Assambleyasının 61-ci illik sessiyasında iştirak edəcək.Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Norveçin Stavanger şəhərində keçiriləcək tədbirdə regional əməkdaşlığın genişləndirilməsi, dünyanın bir sıra bölgələrində yaranmış münaqişə ocaqlarının aradan qaldırılması yolları, terrorizmlə mübarizə və digər aktual məsələlər ətrafında müzakirələr aparılacaq.Milli Məclisin deputatı müzakirələrdə çıxış edərək gündəlikdə duran məsələlər barədə fikirlərini səsləndirəcək.
AZƏRTAC