Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, komissiya sədri Məzahir Pənahov iclası açıq elan edib və iclasın gündəliyi səsə qoyularaq komissiya üzvləri tərəfindən təsdiq olunub.Daha sonra söz MSK katibi Arifə Muxtarovaya verilib. O, 2015-ci il noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikası Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında ətraflı məlumat verib. Sonda cari məsələlərə baxılıb.Qeyd edək ki, Milli Məclisə seçkilər 2015-ci il noyabrın 1-də keçiriləcək.
sia.az