PDF Oxu

Siyasət

  • 21

"İşin içində ABŞ da var" AÇIQLAMA

"İşin içində ABŞ da var" AÇIQLAMA

"Sarkisyan belə çıxışla bildirmək istəyirik ki, Ermənistanın növbəti illərdə də prezidenti özü olacaq". Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert, professor Rüstəm Məmmədov Sarkisyanın ABŞ-a səfəri zamanı "Ermənistanın növbəti prezidenti bəllidir fikrinə" münasibət bildirərkən deyib.Politoloq söyləyib ki, ABŞ Ermənistanın müdafiəçisidir və buna görə də heç vaxt onum tənqid etmir: "Əslində hər bir məsələdə Sarkisyanın arxasında Rusiya dayanır. Lakin ABŞ-ın da Ermənistan tərəfdarı olduğunu deyə bilərik. Ermənistan insan hüquqlarını çox kobud şəkildə pozur. Amma ABŞ heç bircə dəfə də olsun Ermənistanı tənqid etməyib. Buna görə də düşünürəm ki, işin içində ABŞ da var".

sia.az

Digər xəbərlər