PDF Oxu

Siyasət

  • 29

Dövlət-gənclər siyasətinin müsbət nəticələri

Dövlət-gənclər siyasətinin müsbət nəticələri

Hər bir dövlətin uğurlu inkişafında onun gələcəyi olan gənclərin böyük rolu vardır. Gənclər siyasəti - gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək məqsədilə dövlət tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Ölkə əhalisinin 60%-ə yaxınını təşkil edən gənclər ictimai-siyasi, hərbi, sosial-iqtisadi, elmi-mədəni və ölkə həyatının digər sahələrində milli maraqların qorunmasında, eləcə də, milli təhlükəsizliyimizin təmin olunmasında fəal rol oynayıb və bu gün də öz üzərlərinə düşən missiyanı layiqincə yerinə yetirirlər.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-gənclər siyasətinin nəticəsidir ki, bu gün dövlətinə, vətəninə, millətinə sadiq, onun milli maraq və mənafelərini hər zaman və hər bir tribunadan müdafiə edib qarşısindakına diktə etməyi bacaran güclü iradəli gənclik ordusu var. 1996-cı il fevralın 2-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan gənclərinin I Forumunun keçirilməsi haqqında Sərəncam verməsi və həmin günün Azərbaycanda gənclər günü kimi qeyd olunması ölkə rəhbərliyinin gənclərə verdiyi yüksək dəyərin göstəricisidir. Ulu Öndər hər zaman qeyd edirdi ki, Azərbaycanın gələcəyi onun gənclərinin əlindədir. Dahi şəxsiyyət Azərbaycanın dövlət müstəqilliyini və suverenliyini qoruyub möhkəmləndirmək, ərazi bütövlüyünün təmin edilməsi, o cümlədən, işğal olunmuş torpaqlarımızın azad olunması ölkə iqtisadiyyatının inkişaf etdirilməsi, əhalinin sosial problemlərinin həll edilməsi, Azərbaycanın dünya birliyində öz layiqli yerini tutması yolunda görülən işlərin əsas ağırlığının və məsuliyyətinin gənclərin üzərinə düşdüyünü bildirərək, Azərbaycanı, Azərbaycan dövlətçiliyini yaşatmağa, onu qüdrətli etməyə daim hazır olmağa çağırırdı. Əslində, bu, Ümummilli Liderimizin Azərbaycan gəncliyinə siyasi vəsiyyəti idi.

Azərbaycan gəncliyi Cənab Prezident İlham Əliyev kimi bir liderə sahib olduğu üçün çox xoşbəxt gənclikdir. Cənab Prezidentin gənclərin inkişafı yolunda imzaladığı dövlət proqramları gənclərimizin vətəninə layiqli şəxsiyyət kimi formalaşmasında müstəsna rola malikdir. 2006-cı ildə gənclər siyasətini həyata keçirən icra srtukturunun daha da təkmilləşdirilməsi, 2007-ci ilin "Gənclər ili" elan olunması birbaşa, Gənclər Fondunun yaradılması, gənclərin özlərini sübut etmək üçün hazır meydan rolunu oynayan gənclər birlik və təşkilatlarının yaradılması, əhəmiyyətli strukturlarda gənc kadrların irəli çəkilməsi və s. bütün bunlar Azərbaycan dövlətinin öz gəncinə hansı dərəcədə önəm verdiyinin göstəriciləridir.

Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Çünki Prezident İlham Əliyev gənclərə olan münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram".

Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini toplamalı, vətənin inkişafı üçün səylə çalışmalı, öz siyasətində onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğrultmalıdırlar.

Tofiq Abdullayev

Digər xəbərlər