PDF Oxu

Siyasət

  • 27

YAP Zərdab rayon təşkilatında məşvərətçi səs hüquqlu üzvlərlə növbəti görüş keçirildi

YAP Zərdab rayon təşkilatında məşvərətçi səs hüquqlu üzvlərlə növbəti görüş keçirildi

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Zərdab rayon təşkilatında dairə və məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərlə görüş keçirilib. Görüşdə çıxış edən YAP Zərdab rayon təşkilatının sədri Pərvin Mahmudova Azərbaycan ictimaiyyətinin noyabrın 1-də keçiriləcək parlament seçkilərinə yüksək əhval-ruhiyyə ilə getdiyini bildirib: "Ölkəmizdə seçki qabağı mühit normaldır , ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi, beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi mövcuddur. Ölkəmizin ən güclü siyasi qüvvəsi olan YAP və onun fəal, qabaqcıl tərkib hissəsi olan Zərdab rayon təşkilatı parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır. Əminliklə demək olar ki, rayon təşkilatı təbliğat-təşviqat kampaniyası çərçivəsində uğurlu və səmərəli fəaliyyət göstərəcək".

Məşvərətçi səs hüquqlu üzvlərlə keçirilən növbəti treninqdə seçkilərin keçirilməsilə əlaqədar hüquq və vəzifələri bir daha onların diqqətinə çatdırılaraq, görüləcək işlərlə bağlı təlimat və tövsiyələr verilib. Qeyd olunub ki, hər kəs üzərinə düşən vəzifələrin məsuliyyətini dərk edərək, onlara etibar olunmuş missiyanı layiqincə, yüksək səviyyədə yerinə yetirməlidir. Görüş iştirakçılarına fəal olmaqla yanaşı, bütün məsələlərdə Seçki Məcəlləsinin tələblərinə yüksək səviyyədə əməl edilməsinin vacibliyi barədə tapşırıqlar verilib. Məcəllənin bununla bağlı bəndləri onların diqqətinə çatdırılıb.

Yığncaqda iştirakçılar öz üzərlərinə düşən şərəfli missiyanı ləyaqətlə və yüksək fəallıqla yerinə yetirəcəklərini və bu ilki parlament seçkilərinin Azərbaycanda demokratiyanın inkişafına xidmət edən tarixi proses kimi yadda qalacağına əminliklərini ifadə ediblər.

İntizarə Məmmədova

Digər xəbərlər