PDF Oxu

Siyasət

  • 27

Mübariz Əhmədoğlu: “Avropada anti-Azərbaycan maşını fəaliyyətdədir” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Avropada anti-Azərbaycan maşını fəaliyyətdədir” AÇIQLAMA

"Əslində Avropa Şurasının (AŞ) baş katibi Turbörn Yaqlandın özü Azərbayanda İşçi Qrupunun yaradılmasına təşəbbüs göstərmişdi. Bununla da həm Azərbaycan, həm də Avropa tərəfdə iş görülməli idi. İndi Avropa məkanında Azərbaycanla bağlı görülən işlərin hamısı neqativdir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, Yaqland öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilmədi: "O sadəcə olaraq siyasətçidir. Bu gün Avropada böyük bir anti-Azərbaycan maşını fəaliyyətdədir. Ermənilər başa düşürlər ki, bu gün Rusiyadan əlləri üzülüb. Hətta İran belə ermənilərin sözünə baxmır. Ermənilər artıq başa düşürlər ki, Qarabağ gedir. Onlar çox gözəl anlayırlar ki, Azərbaycan ordusu raket atəşləri ilə ermənilərə xəbərdarlıq edir" Qarşıda böyük döyüşlər var və Azərbaycan Qarabağı alacaq. Ona görə də ermənilər bütün qüvvə ilə çalışırlar ki, Azərbaycan zərbə vursunlar. Beləcə Avropanı, ABŞ-ı Azərbaycanın üzərinə qaldırsınlar. İndi görünür kimsə T.Yaqlandın "qulağını çəkib" ki, sən ya Azərbaycanın əleyhinə get, ya da onunla əməkdaşlığı kəs. Bu gün Rusiya ilə Azərbaycanın münasibətləri yüksək səviyyədədir. Ümid edirəm ki, Avropa ilə də bizim münasibətlərimiz o səviyyəyə qalxacaq".

sia.az

Digər xəbərlər