PDF Oxu

Siyasət

  • 13

107 saylı Qazax seçki dairəsində seçkilərə hazırlıq işləri sürətləndirilib

107 saylı Qazax seçki dairəsində seçkilərə hazırlıq işləri sürətləndirilib

107 saylı Qazax seçki dairəsində noyabrın 1-də Milli Məclisə keçiriləcək növbəti seçkilərə hazırlıq işləri sürətləndirilib.Dairə seçki komissiyasının sədri Xəyyam Salehov AZƏRTAC-a bildirib ki, dairənin nəzdində 36 seçki məntəqəsi fəaliyyət göstərir. Dəqiqləşdirilmiş siyahıya əsasən, seçicilərin sayı 43 min 323 nəfərdir. Seçkilərin demokratik, şəffaf və ədaləti keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb. Məntəqələr yeni avadanlıq və inventarla təchiz olunub.Səsvermə prosesini uğurla keçirmək üçün dairə və məntəqə seçki komissiyalarının üzvləri üçün seminarlar və digər maarifləndirici tədbirlər təşkil edilir.

AZƏRTAC

Digər xəbərlər