Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclası komissiya sədri Məzahir Pənahov açıq elan edib və komissiya üzvləri tərəfindən Azərbaycan Respublikası MSK-nın 2 oktyabr 2015-ci il tarixli iclası protokolu səsə qoyularaq təsdiq olunub.Daha sonra MSK katibi Mikayıl Rəhimov tərəfindən bəzi dairə seçki komissiyalarının tərkibində edilən dəyişikliklərlə bağlı ətraflı məlumat verilib.MSK katibi Arifə Muxtarova tərəfindən isə 2015-ci noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar MSK-ya daxil olmuş müraciətlər haqqında məlumat verilib. Ümumilikdə 7 nəfərin müraciətinə baxılıb. MSK-nın ekspert qrupunun üzvləri Ramiz İbrahimov, Validə Kazımova, Bəxşeyiş Əsgərov və Tofiq Həsənov isə müraciətlərlə bağlı fikirlərini bildiriblər. Sonda cari məsələrə baxılıb.Xatırladaq ki, Azərbaycan Respublikası Milli Məclisinə seçkilər 2015-ci il noyabrın 1-də keçiriləcək.
sia.az